Dəri problemlərindən mərciməklə xilas olun

14:27 24-03-2024 | icon 371 | Sağlamlıq
Dəri problemlərindən mərciməklə xilas olun

Dəri problemlərindən xilas olmaq istəyənlər üçün evdə asanlıqla tətbiq oluna bilən müxtəlif üsullar var. Ancaq bunlardan ən təsirlisi dəriyə qulluq rutinində mərcimək şirəsinə yer verməkdir.

 
 
Mərci şirəsi vasitəsilə dərinizin hamar və sağlam görünməsini təmin edə bilərsiniz.
 
 
Mərcimək şirəsi dəriyə tətbiq edildikdə, tərkibindəki vitamin və minerallar sayəsində dərinin gənc və sağlam qalmasına kömək edir. Çünki dərini yaxşı nəmləndirir və qidalandırır. Bundan əlavə, dəridəki yaraların və sızanaqların tez sağalmasını təmin edir. Mərci şirəsi çapıqları da azaldır.
 
 
Elastikliyi artıraraq qırışların yox olmasına da səbəb olan mərcimək şirəsi dəriyə təbii qulluq vasitələri arasında xüsusi yer tutur.
 
 
Şirənin hazırlanması:
 
 
Bir ovuc qırmızı mərciməyi yaxşıca yuyun və təmiz bir qazana tökün. Üzərinə su əlavə edib mərciməklər yumşaq hala gələnə qədər bişirin. Bişmiş mərciməkləri əvvəlcə süzgəcdən, sonra ehtiyac yaranarsa, tənzifdən keçirin. Əldə etdiyiniz şirəni təmiz bir bankaya töküb soyumağını gözləyin. Mərcimək şirəsi soyuduqdan sonra pambıq vasitəsilə üzünüzə çəkib təxminən 15-20 dəqiqə saxlaya bilərsiniz. Gözləmə müddətindən sonra üzünüzü ilıq su ilə yaxşıca yuyun. Ardınca sevimli kreminizlə rutini tamamlayın.
 
 
Artıq qalan mərcimək şirəsini soyuducuda 3 gün mühafizə etmək olar. Bu üsulu mütəmadi olaraq tətbiq etsəniz, mərcimək şirəsinin möcüzəvi təsirlərini müşahidə edəcəksiniz.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI