Tünzalə Ağayevadan YENİ LAYİHƏ

20:41 25-03-2024 | icon 363 | Şou-biznes
Tünzalə Ağayevadan YENİ LAYİHƏ

Xalq artisti Tünzalə Ağayevanın yeni layihəsi işıq üzü görüb.


Versus.Az xəbər verir ki, pop star “Dünya yalnız səndən ibarət” adlı mahnısını dinləyicilərinə təqdim edib.

 

Ağayeva sözügedən mahnı üçün həmçinin kamera qarşısına keçib. Qırmızılara bürünən eşq qadını yeni mahnısı üçün klip də lentə aldırıb. Saç və makiyaj üzərində Elnur Həsənov çalışıb. Geyim Dent'elle Couture məxsusdur. Klipin art direktoru isə Murad Vəliyevdir.

 

Ağayeva yeni işini bütün sevənlərə hədiyyə etdiyini bildirib:

 

“Yeni mahnımı bütün sevgililərə həsr edirəm. Çünki sevənlərin dünyası sevdiklərindən ibarətdir. Bu, hər birimizin həyatında belədir. Bizim dünyamız sevdiklərimizdən ibarətdir. Mən istərdim ki, bütün sevgililər xoşbəxt olduqları zaman məhz bu mahnını dinləyib, oxusunlar və bu nəğmə ilə daha çox xoşbəxt olsunlar”.

 

Qeyd edək ki, mahnının musiqisi Tünzalə Ağayevaya, sözləri isə Fariz Zeynalova məxsusdur. İfada səslənən solo elektro gitara parçasını Rəhman Məmmədli nümayış etdirib. Mahnının aranjımanını Emin Karim edib. Layihənin prodüseri isə Yalçın Cabbarovdur.

 

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI