Fransanın Azərbaycanı öz təsiri altına salmaq ÇABALARI və Makronun İFŞASI

17:23 29-03-2024 | icon 505 | Siyasət
Fransanın Azərbaycanı öz təsiri altına salmaq ÇABALARI və Makronun İFŞASI

 Ramil Hüseynov: “Əslində “Le Fiqaro” Makronun əsl mahiyyətini ifşa etdi”

 

Avropanın, Qərbin Azərbaycana qarşı “serenada”ları susmaq bilmir. Bu dəfə səslər Fransanın Yelisey sarayının tezisləri ilə işləyən “Le Fiqaro” qəzetindən gəlir. Fransa hakimiyyətinin və şəxsən prezident Makronun Azərbaycana qarşı qərəzli çıxışları, düşmən münasibət bəsləməsi hansı maraqlara xidmət edir?

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə şərh verən “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov 1845-ci ildən fəaliyyətə başlayan və mühafizəkar mövqedən çıxış edən “Le Fiqaro”nun Makronun əsl mahiyyətini ifşa etdiyini qeyd edib.

 

Mərkəz rəhbəri bildirib ki, uzun illər bir çox dünya ölkələrini, eləcə də Azərbaycanı özünün demokratiya, insan haqları prinsiplərinin müdafiəçisi olduğuna inandıran Avropa, bu dəfə Fransanın “Le Fiqaro”su ilə açıq şəkildə işğalçı Ermənistanı səmimi müdafiə etdiyini bəyan edir, Azərbaycana qarşı aparılan əks kampaniyalarda iflasa uğramaları etiraf etməklə məsuliyyəti Vatikan və ABŞ-ın üzərinə yükləyir.

 

R.Hüseynov qeyd edib ki, əslində Avropa Qərblə birlikdə antiQafqaz, antiAzərbaycan koalisiyası hazırlıqlarının mesajını verir. Mərkəz rəhbərinin fikrincə bu, Fransanın yeni kaloniyalar yaratmaq siyasətinin davamıdır və regionda gərginliyi saxlamaqla Qafqazın güclü dövləti olan Azərbaycanı öz təsiri altına salmaq cəhdidir:

 

“Qəzet öz iddiları ilə regionda vəziyyəti gərginləşdirməklə Rusiya-Ukrayna variantını Cənubi Qafqaza transfer etmək niyyətini ortaya qoyur. Fransa Azərbaycanın və onun liderinin Avropanın mərkəzi gücü, idarəçisi olmasını həzm edə bilmir. Azərbaycan Avropa ilə Mərkəzi Asiyanı, Qərblə Şərqi, Şimalla Cənubu birləşdirən böyük layihələrə rəhbərlik edir. Fransa belə layihələrdən kənarda qalmamaq üçün çabalayır. Təbii ki, Fransa tək deyil və gərginliyi yaradan bir alət olaraq ortalığı qarışdırır”.

 

R.Hüseynov eyni zamanda bildirib ki, Avropa İttifaqı, ABŞ və Ermənistan rəsmilərinin aprelin 5-də gözlənilən görüşü və təhlükəsizlik təminatı ilə bağlı müzakirələrin olma ehtimalı da Azərbaycana qarşı məlum qara hücumların eyni mərkəzdən idarə edildiyini göstərir:

 

“Bununla belə Azərbaycana qarşı bu qərəzli mövqe dünyanın bir çox sivil, demokratik dəyər və prinsiplərinə xidmət edən ölkələr tərəfindən qəbul olunmur. Ermənistan-Azərbaycan münasibətlərində son inkişaf edən proseslərə baxanda, Fransanın ermənini bu qədər “çox sevməsinin” hansı maraqlara xidmət etdiyi geosiyasi müstəvidə cərəyan edən proseslərin gedişində açığa çıxır. Getdikcə Makronun bu cür davranışının arxasında hansı maraqların durduğu bəlli olur. Və Makronu erməniləri müdafiə edən bir lider kimi təqdim etmək gülüncdür. Bunun arxasında erməni lobbisinin dayanması inkar edilmir. Amma baş rol verilən Makron “cəngavərlik” edir. Çünki Ermənistanın baş naziri Paşinyan Azərbaycan kəndlərinin boşaldılması ilə bağlı çıxışlar edərək, işğalçı siyasətdən əl çəkməkdən başqa yollarının olmadığını gördüyü halda Fransa Ermənistandan çox ermənilik edir. Belə bir şəraitdə Makronun belə bir ikiüzlü mövqe sərgiləməsi onun şəxsi, siyasi həyatı ilə bağlı mübahisəli məqamları ortaya çıxarır”.

 

R.Hüseynov hesab edir ki, Fransa qəzeti ABŞ-ı bütövlükdə bu prosesdə öz “müttəfiqi” kimi təqdim etsə də, ABŞ-ın bir çox institutları, Cənubi Qafqaz, Azərbaycanla bağlı həqiqətin harda olduğunu çox gözəl bilir. Mərkəz rəhbəri Avropa, Qərbdən gələn təzyiq və təsirlərə rəğmən Azərbaycanın öz siyasətini uğurla davam etdiyini bildirib:

 

“44 günlük müharibədən sonrakı Makron davranışları Azərbaycan liderinin diplomatiyası qarşısında olan acizliyinin aqressiyasıdır. Ali Baş Komandanın rəhbərliyi ilə getdikcə Azərbaycanın gücü daha geniş çevrədə qəbul olunacaq. Biz bizə qarşı düşmən olan Ermənistan, Fransa kimi dövlətlərə bundan sonra da öz sözümüzü deyəcəyik. Azərbaycan qətiyyətli dövlət liderinin rəhbərliyi ilə istər daxildə ərazilərinin, suverenliyinin bərpası, istərsə də beynəlxalq müstəvidə uğurlu addımlarını davam edir. Azərbaycanın beynəlxalq hüquqa söykənən siyasi mövqeyi uğurlarımızın möhkəmlənməsinin qarantıdır. Biz bu strategiyanın arxasınca gedirik. Məqsədimiz regionda başladığımız təmizləmə və bərpa prosesini daha demokratik, ədalətli başa vurmaqdır”.

 

TAHİRƏ
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI