Qərbi Azərbaycan İcmasından Aİ-nin xüsusi nümayəndəsinə ÇAĞIRIŞ

11:13 26-03-2024 | icon 175 | Siyasət
Qərbi Azərbaycan İcmasından Aİ-nin xüsusi nümayəndəsinə ÇAĞIRIŞ

Qərbi Azərbaycan İcması Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın növbəti dəfə sərgilədiyi anti-Azərbaycan mövqeyini və media azadlığına qəsd edən yanaşmasını sərt şəkildə qınayır.

 

Versus.Az xəbər verir ki, bu barədə İcmanın yaydığı bəyanatda qeyd edilib.

 

Bildirilib ki, Avropa İttifaqının nümayəndəsi Ermənistandan işğal etdiyi Azərbaycan kəndlərindən çəkilməyi tələb etmək əvəzinə, həmin əraziləri “mübahisəli” adlandıraraq faktiki olaraq Ermənistanı işğalçı siyasətini davam etdirməyə çağırıb:

 

“Bundan əlavə, Toivo Klaar Ermənistanın işğalçı siyasətini ört-basdır etmək üçün Azərbaycanın kütləvi informasiya vasitələrini senzura etməyə çalışıb. Qazax rayonunun Bağanis Ayrım kəndində Ermənistanın azərbaycanlı mülkilərə qarşı törətdiyi qətliam və həmin kənd daxil olmaqla Azərbaycanın bir sıra ərazilərinin Ermənistan tərəfindən işğal altında saxlanması ilə bağlı Azərbaycan mediasında çıxan yazılar hansısa səbəbə görə cənab Klaarı narahat edir? Belə çıxır ki, Klaar üçün problem Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, azərbaycanlılara qarşı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətməsi yox, bu faktların mediada işıqlandırılmasıdır”.

 

Bəyanatda vurğulanıb ki, Qərbi Azərbaycan İcması Avropa İttifaqından yanlış və təhlükəli siyasətindən əl çəkməyi, regionda sülhün bərqərar olmasına mane olmamağı və Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışı məsələsində ədalətli mövqe tutmağı tələb edir.

 

Qeyd edək ki, Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar qərəzli bəyanatla çıxış edib. O, Azərbaycanın mətbuatında Ermənistana qarşı xəbərdarlığı “qəbuledilməz” adlandırıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI