Haqsızlıqla üzləşən vətəndaşlar niyə etiraz edə bilmirlər?

11:06 27-03-2024 | icon 315 | Cəmiyyət
Haqsızlıqla üzləşən vətəndaşlar niyə etiraz edə bilmirlər?

Fuad Əliyev: "MHB onları dəstəkləməyə, hüquqlarını qorumağa hazırdır”

 

“Vətəndaşlar iş yerlərində nə qədər haqsızlıqla qarşılaşsalar da, etirazlarını, fikirlərini bildirə bilmirlər”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev deyib.

 

Onun sözlərinə görə insanlar həddən artıq sosial qayğılar içərisindədir:

 

“Vətəndaşların sosial qayğıları ilə bağlı problemini həll edən müəyyən bir orqan yoxdur. Əslində orqanlar, strukturlar var, amma vətəndaşların əlləri onlara çatmır. Çarəsiz qalaraq bizə, Müstəqil Həmkarlar Birliyinə müraciət edirlər. Biz də araşdırırıq və müvafiq dövlət strukturlarla əlaqə yaradıb problemin həllinə kömək eləməyə çalışırıq. Bizə daha çox sosial problemlərə məruz qalan qazilərimiz müraciət edir. Ümumiyyətlə, biz çalışırıq ki, vətəndaş özünü müdafiəsiz hiss eləməsin və Müstəqil Həmkarlar Birliyi vətəndaşın bir güvən yeri olsun”.

 

 

Fuad Əliyevin sözlərinə görə iş yerlərdə treninqlər keçirilməlidir, insanların mariflənməsi istiqamətində işlər görməlidirlər:

 

“Vətəndaşın diqqətinə çatdırırıq ki, heç nədən, heç kimdən çəkinmədən öz sosial hüquqları uğrunda mübarizə aparsınlar. Məsələn, iş yerlərində nə qədər haqsızlıqla qarşılaşsalar da, etirazlarını, fikirlərini bildirə bilmirlər. Hər ay onların əmək haqqından Həmkarlar İttifaqına 6-7 manat tutulur. Amma Həmkarlar təşkilatı bu gün o işçinin, vətəndaşın əmək haqlarının müdafiəsində durmur. Vətəndaş isə illərdir beləcə susqun vəziyyətdə işinə davam edir. Müstəqil Həmkarlar Birliyi olaraq onları başa salırıq ki, susmaq yox, danışmaq, öz hüququnu müdafiə etmək lazımdır. Həmkarlar Konfederasiyası, Həmkarlar İttifaqları Respublika Komitələri bu insanlarla əlaqə saxlamırlar, onların hüquqlarını qorumurlar. Hesab edirəm ki, iş yerlərdə treninqlər keçirilməlidir, insanların mariflənməsi istiqamətində işlər görməlidirlər. Vətəndaş Həmkarlar Təşkilatının üzvüdürsə, onda işlədiyi yerdə rəhbərlikdən, müdriyyətdən özünün əmək hüquqlarından tutmuş, onu müdafiəsi ilə bağlı tələblərini ortaya qoysunlar. Yox, əgər bunu etmirlərsə, o zaman Həmkarlar İttifaqının üzvlüyündən çıxsınlar və buyursunlar qoşulsunlar bizim Müstəqil Həmkarlar Birliyinə. Biz vətəndaşlarımızı dəstəkləməyə, hüquqlarını qorumağa hazırıq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI