Millimiz İrəvana getməkdən İMTİNA ETDİ

16:39 27-03-2024 | icon 256 | İdman
Millimiz İrəvana getməkdən İMTİNA ETDİ

“Azərbaycan milli komandası İrəvanda keçiriləcək sambo üzrə Dünya Kubokunda iştirak etməyəcək”.

 

Bu barədə apasport.az-a Azərbaycan Sambo Federasiyasının rəsmisi Yaqub Abdullayev məlumat verib.

 
 
 

Abdullayevin sözlərinə görə, yarışda iştirakdan imtinanın əsas səbəbi iki ölkə arasında olan gərginlikdir:

 

“Daha əvvəl Ermənistanın ev sahibliyi etdiyi digər idman növləri üçün nəzərdə tutulan yarışlarda idmançılarımızın məruz qaldığı rəftar hər kəsə məlumdur. Bu, həm motivasiya olaraq idmançılarımıza mənfi təsir edir, həm də təhlükəsizlik qayğılarını artırır. Ona görə də, federasiya olaraq qərara gəldik ki, İrəvanda təşkil olunacaq Dünya Kubokuna qatılmayaq”.

 

Yaqub Abdullayev əsas məqsədlərinin may ayında Serbiyada keçirilməsi nəzərdə tutulan sambo üzrə Avropa çempionatına hazırlaşmaq olduğunu bildirib:

 

“Qarşımızda təlim-məşq toplanışı var. Mayda keçiriləcək Avropa çempionatına qatılmaq üçün hazırlıq prosesi keçəcəyik. Hazırda komanda olaraq fikrimizi buna yönəltmişik”.

 

Xatırladaq ki, daha əvvəl Ermənistan Sambo Federasiyasının prezidenti Mikael Ayrapetyan Azərbaycan və Türkiyənin İrəvanda keçiriləcək Dünya Kubokunda iştirak etməyəcəyini, bu ölkələrdən iştirak üçün hansısa müraciətin daxil olmadığını bildirib.

 

Qeyd edək ki, Ermənistanın paytaxtı İrəvanda təşkil olunacaq sambo üzrə Dünya Kuboku aprelin 4-5-də keçiriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI