“Cəmiyyətin bu məsələyə həssaslığını artırmaq lazımdır”

18:48 28-03-2024 | icon 866 | Geopolitika
“Cəmiyyətin bu məsələyə həssaslığını artırmaq lazımdır”

Fazil Mustafa: “Azərbaycan Cənubdan, Qərbdən ölkəmizə düşmən münasibəti bəsləyən dövlətlərlə əhatə olunub”

 

“Rusiyada baş verən terror aktı bölgə dövlətləri üçün ciddi siqnaldır. Terrora, terrorçuların fəaliyyətinə, xüsusilə də dini radikalizmə qarşı təbliğatımız yetərli deyil”.

 

Versus.Az xəbər verir ki, bunu Rusiyanın Moskva vilayətində “Crocus City Hall” konsert kompleksində törədilən dəhşətli terror aktı ilə bağlı açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

 

Deputat bu faktı terror təhdidinin hər zaman qaldığını isbat edən amil olaraq önə çəkib. Eyni zamanda cəmiyyətin hər zaman ayıq-sayıq olmağını, bu mövzuda həssas davranışını zəruri sayıb.

 

F.Mustafa hesab edir ki, Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti və hüquq-mühafizə orqanlarının bu istiqamətdə həyata keçirdiyi uğurlu əməliyyatlar həmin qurumların belə təhdidlərə qarşı hər zaman hazırlıqlı olduqlarını ən yüksək səviyyədə ortaya qoyub:

 

“Bu cür terror aktlarının qarşısı dəfələrlə alınıb. Amma daha çox cəmiyyətin bu məsələyə həssaslığını artırmaq lazımdır. Çünki Azərbaycan Cənubdan, Qərbdən ölkəmizə düşmən münasibəti bəsləyən dövlətlərlə əhatə olunub. Bu dövlətlərin əsas hədəflərindən biri daxili təhlükəsziliyi, sabitliyi pozmaqdan ibarətdir. Əhalinin içərisində də ya nadanlıqdan, cahillikdən, ya da dini inancları istismar olunaraq əməkdaşlığa cəlb olunmuş insanların olduğu faktdır. Bunu da nəzərə alaraq cəmiyyətin bu məsələlərlə bağlı həssaslığını artırmalıyıq”.

 

Deputat hesab edir ki, bu istiqamətdə əsas problem cəmiyyətin özünün hazırlığı, media resurslarının müəyyən dərəcədə doğru istiqamətləndirilməsi ilə bağlıdır. Onun fikrincə, bu gün terrora, terrorçuların fəaliyyətinə, xüsusilə də dini radikalizmə qarşı təbliğatımız yetərli səviyyədə deyil:

 

“Əhalinin həssaslığını artırmaq istiqamətində daha çox işlər görülməlidir. Təkcə hüquq-mühafizə orqanlarının çağırışları, yaxud təbliğat materialları yetərli deyil. Yəni bütün məktəb sistemimiz, təhsil mexanizmləri birinci növbədə buna yönəlməlidir. Mədəniyyət strukturlarımız, adi teatr tamaşasından tutmuş, teleseriala qədər terrorun təhlükəsi barədə məlumatlandırma işini aparmalıdır. Bütövlükdə bu hadisələr cəmiyyətlə işbirliyi çərçivəsində önlənə bilər. Eləcə də cəmiyyət üzvlərinin bu kimi məsələlərlə bağlı aldığı informasiyaları səmimi şəkildə dövlət orqanlarına çatdırması təhlükənin qarşısının alınması baxımından vacibdir. Terrora hazırlıq təhlükəsini hər hansı polis, xüsusi xidmət orqanı dərhal sezməyə bilər. Amma vətəndaş öz yaxını, öz qonşusunda ola biləcək neqativ hallara vətəndaş mövqeyi ilə yanaşaraq terrorun qarşısının vaxtında alınmasına köməklik edə bilər”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI