“Ölkəmiz, cəmiyyətimiz ayıq-sayıq olmalıdır”

19:04 28-03-2024 | icon 387 | Geopolitika
“Ölkəmiz, cəmiyyətimiz ayıq-sayıq olmalıdır”

Razi Nurullayev: “Azərbaycanı müxtəlif təzyiqlərə boyun əymədiyinə görə cəzalandırmaq kimi cəhdlər var”

 

“Moskvada baş verən terror aktı ilə Azərbaycanda planlaşdırılan və vaxtında qarşısı alınan terror cəhdinin arasında hansı əlaqənin olması xüsusi xidmət və hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb və bununla bağlı müəyyən məlumatlar verilib”.

 

Versus.Az xəbər verir ki, bunu Rusiyanın Moskva vilayətində “Crocus City Hall” konsert kompleksində törədilən dəhşətli terror aktı ilə bağlı açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev bildirib.

 

R.Nurullayevin fikrincə, hazırkı vaxtda bu terror aktları arasında bağlılığın olması yalnız ehtimal edilə bilər. Deputat ölkəmizə qarşı terror təhdidlərinin çoxalmasını bir çox nüanslarla önə çəkib:

 

“Biz dəfələrlə terrorun şahidi olmuşuq. Eləcə də Azərbaycanda planlaşdırılan bir çox terror hadisələrinin qarşısı alınıb. Hazırda da Milli Məclisin deputatına qarşı törədilən sui-qəsdin iştirakçılarının məhkəmə istintaqı gedir. Dünyada baş verən mənfi trendləri – Rusiya-Ukrayna müharibəsi, Ermənistan-Azərbaycan arasında olan münaqişədən sonra sülh müqaviləsinin bağlanmamasını, qonşu və uzaq ölkələrin regionda geopolitik maraqlarını nəzərə alaraq deyə bilərik ki, terror riski qalır. Bu onu deməyə əsas verir ki, Azərbaycana qarşı bu kimi təhdidlər var”.

 

R.Nurullayev Azərbaycanda terror cəhdlərinin, planlarının qarşısının alınması ilə bağlı faktları qeyd edərək, xüsusi xidmət orqanlarının peşəkar səviyyədə onları dəfv etdiyini vurğulayıb:

 

“Azərbaycanın öz torpaqlarını azad etməsi, müstəqil siyasət yeritməsi bir çox ölkələrin xoşuna gəlmir. Ortada Azərbaycanı müstəqil siyasət aparmasına, müxtəlif təzyiqlərə boyun əymədiyinə görə cəzalandırmaq kimi cəhdlər var. Ona görə də ölkəmiz, cəmiyyətimiz ayıq-sayıq olmalıdır. Ümid edirəm ki, Azərbaycanda planlaşdırılan bu cür neqativ cəhdlərin qarşısı alınacaq və vətəndaşlarımız həyatlarına stabil şəkildə davam edəcəklər”.

 

T.Qafarlı
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İran guya Azərbaycandan təhlükə gözləyirmiş kimi aranı qarışdırır”

Brüssel görüşündə hərbi dəstək məsələləri müzakirə olunub?

Əsən Ana əlləri

Şəhid Abdullazadə Həsənağanın valideynləri ilə görüş

Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

Daha bir deputat səlahiyyətini İTİRİR

Hacı da olanda, belə Hacı olasan...

Nurcahan Hüseynova dünyasını dəyişdi

Yaşasaydı bu gün 68 yaşı tamam olacaqdı

Goranboy sakini evini satdı: Sosial yardımı DAYANDIRILDI

Cüdoçumuz Avropa kubokunda üçüncü olub

Bu gün onun günüdür - Sevindik Hətəmov 61

Bu gün IX sinif şagirdləri buraxılış imtahanı verəcək

Uşaqlar üçün ayaqla birlikdə böyüyən krosovka

Həkimdən XƏBƏRDARLIQ