Şuşa ilə bağlı sənəd İMZALANDI

20:38 28-03-2024 | icon 243 | Gündəm
Şuşa ilə bağlı sənəd İMZALANDI

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu arasında “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb.

 

Versus.az xəbər verir ki, sənədi gənclər və idman naziri Fərid Qayıbov və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhan imzalayıblar.

 

İmzalanma mərasimində gənclər və idman nazirinin müavini İndira Hacıyeva, nazirliyin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun baş katibi Rəsul Ömərov və hər iki qurumun nümayəndələri iştirak ediblər.

 

Tədbirdən sonra gənclər və idman naziri Fərid Qayıbov və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhanın iştirakı ilə mətbuat konfransı keçirilib.

 

Qeyd edək ki, İƏT-in 10-cu "Gənclər Paytaxtı" seçilən Şuşa şəhərində islam dünyası gənclərinin həyatının və inkişafının bütün sahələrini əhatə edəcək - elm, mədəniyyət, idman, sahibkarlıq, sosial mühəndislik, təhsil və yaradıcı sənaye istiqamətlərinə uyğun olaraq 12-dən çox irimiqyaslı oflayn və onlayn tədbirin həyata keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İran guya Azərbaycandan təhlükə gözləyirmiş kimi aranı qarışdırır”

Əsən Ana əlləri

Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

“İranın bu təhdidləri yeni deyil”

“Azərbaycan və İsrailin müvafiq qurumları kifayət qədər hazırlıqlıdır”

“Amerika ilə Fransa Rusiya ilə gizli danışıqlara gedəcək”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

Laçında mövqelərimiz atəşə TUTULDU

Avtomatı gözübağlı söküb-yığan məktəbli qız

İran XİN Brüssel görüşünə münasibət bildirib

67 illik dillərdə dastan sevgi hekayəsi

Ceki Çanın kəskin qocalmasının SƏBƏBİ

“Qızıl top” üçün mübarizə aparan oyunçuların yenilənmiş reytinqi

“Ludus”un təsisçisi Bakıda

Bu ilin ilk Günəş tutulması başa çatıb