Makronun gücsüzlüyündən yaranan qışqırığı

14:52 29-03-2024 | icon 226 | Siyasət
Makronun gücsüzlüyündən yaranan qışqırığı

Məhəmməd Əsədullazadə: “Görünən odur ki, Makronun Azərbaycana qarşı siyasəti dəyişməyəcək”

 

Fransa Prezidenti Makron Yelisey sarayının tezisləri ilə işləyən “Le Fiqaro” qəzeti ilə Azərbaycana qarşı növbəti hücuma keçib. Qəzet Makronu ermənilərin taleyinə biganə yanaşmayan yeganə lider kimi təqdim edir, eyni zamanda təşəbbüslərinin nəticə vermədiyini və buna görə də məsuliyyəti Vatikanla ABŞ -ın üzərinə yükləyir. Makronun açıq tekstlə Azərbaycana və onun liderinə qarşı sərgilədiyi münasibət isə gülünc görünür.

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə açıqlama verən Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib ki, Fransanın Azərbaycan dövlətinə qarşı sərgilədiyi qərəz, aqressiya yeni deyil.

 

Onun fikrincə, artıq bu yanaşmaların Fransanın “Le Fiqaro” qəzeti vasitəsi ilə səslənməsi Makronun Azərbaycana qarşı apardığı siyasətin dəyişməyəcəyini göstərir:

 

“Fransa prezidenti Makronun Azərbaycana qarşı qərəzli çıxışları, işğalçı Ermənistanı açıq dəstəklədiyini bəyan etməsi bu ölkənin regionda gərginlik yaratmaq üçün apardığı antisülh siyasətinin əyani sübutudur. Fransız qəzeti Makronun erməniləri dəstəkləyən yeganə lider olduğunu və bu istiqamətdə göstərdiyi cəhdlərin səmərəsizliyini ifadə etməklə müəyyən dairələrə mesajlar da verir. Bu, həm Makronsevər ermənilərə, həm də Ermənistana vədlər verən dövlətlərədir. Bir sözlə, qəzetin yazdıqları Makronun zəifliyi, gücsüzlüyündən yaranan qışqırığıdır”.

 

M.Əsədullazadə qeyd edib ki, Fransa mətbuatında Azərbaycana qarşı olan yazıların dərc edilməsi təsqdüfi deyil:

 

“Fransanın məqsədi Ermənistan-Azərbaycan arasında sülhə mane olmaq, regionda güclənmək, Rusiyanın mövqeyini zəiflətmək və bölgədən keçən qlobal layihələrin iştirakçısı və idarəçisi olmaq iddiasından irəli gəlir. Ona görə də Fransa Ermənistanı silahlandırır, Ermənistan hakimiyyətinə dəstək verir. Bütün bunlar Fransanın ən nüfuzlu qəzetində dərc edilməklə ABŞ, Vatikan kimi dövlətlərdən dəstək istənilir”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI