Qərbin Ermənistana “qorxma biz səninləyik” görüntüsü

15:43 29-03-2024 | icon 264 | Siyasət
Qərbin Ermənistana “qorxma biz səninləyik” görüntüsü

Rəşad Bayramov: “Ermənistan kölə kimi qalmaq yolunu seçdi”

 

“Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəyi Qərbin regional siyasətinin əsas nöqtəsidir. Qərb o nöqtədə öz məqsədinə çatmaq üçün bütün vasitələrdən istifadə edir. Bu məqsədinə çatmaq üçün də faktiki olaraq Ermənistandan alət kimi istifadə olunur”.

 

Versus.Az xəbər verir ki, bunu politoloq Rəşad Bayramov Avropa İttifaqı komisarının ABŞ-ın Ermənistan baş naziri ilə nəzərdə tutulan birgə görüşünün məqsədləri ilə bağlı açıqlamasında bildirib.

 

R.Bayramov Qərbin Cənubi Qafqaz siyasətinin regiona yaxşı heç nə vəd etmədiyini qeyd edib. O, Qərbin, Avropanın öz məqsədinə nail olmaq üçün regionda gərginliyi artırmaq, ikinci Ukrayna cəbhəsini açmaq niyyətində olduğunu vurğulayıb. Politoloq hesab edir ki, bu güclər öz məqsədlərinə nail olmaq üçün bölgənin zəif bəndi olan Ermənistanı özlərinə plastarm seçib.

 

R.Bayramov bu məsələdə Azərbaycanın qəti mövqe sərgilədiyini önə çəkib. Bildirib ki, Azərbaycan Cənubi Qafqazın Rusiya ilə Qərb arasında döyüş meydanına çevrilməsini istəmir:

 

“Azərbaycanın müstəqil xarici siyasət kursu var və balanslı siyasətin yeridilməsinin tətəfdarı kimi çıxış edir. Qərb isə onların sifarişini icra etməymizi tələb edir. Azərbaycan nə Qərbin, nə Rusiyanın, nə də başqa diplomatik mərkəzlərin sifarişlərini icra etmək fikrində deyil. Bu mövqe Bakıda NATO baş katibinin nəzərinə çatdırılıb. Ona görə də Qərb üçün regiona daxil olmaq üçün yeganə vasitə Ermənistan olaraq qalır və Qərb Ermənistanı oyunun içinə daxil etmək üçün çalışır. Qərb dairələri öz hədəflərini gizlətmir. Bir müddət öncə NATO baş katibi regiona səfəri çərçivəsində Cənubi Qafqaz ölkələrini Rusiyaya qarşı cəbhə açmaq üçün çağırış etdi. Bakıda və İrəvanda olarkən dedi ki, Rusiya Ukraynada qələbə çalacağı təqdirdə hər kəs üçün daha təhlükəli olacaq və bu baxımdan da Rusiyaya qarşı sanksiyalara qoşulmaq vacibdir. Hədəf Rusiyaya qarşı yeni cəbhənin açılması və region ölkələrinin müharibədə NATO-nun Qərb cəbhəsinə dəstəyini təmin etməkdən ibarətdir”.

 

R.Bayramov hesab edir ki, aprelin 5-də gözlənilən üçtərəfli görüş və nəzərdə tutulan konfrans bu məqsədə xidmət edir:

 

“Həmin görüşdə Ermənistana təhlükəsizlik təminatının verilməsi ilə bağlı bir hərbi paktın imzalanması müzakirə olunacaq. Ermənistan özü də bu oyunun ziyanlı olduğunu bilir. Amma geriyə addım atmaq imkanına malik deyil. Çünki artıq neçə müddətdir ki, antiRusiya mövqeyini ortaya qoyub. KTMT iclaslarının boykot edilməsi, Putinin həbsinə imkan verən Roma statusuna qoşulmaqla bağlı qərar, hava limanından Rusiya qoşunlarının çıxarılması ilə bağlı edilən müraciət, Rusiyanın bütün etirazlarına rəğmən Avropa İttifaqı müşahidə missitasının təsdiqi və sair bütün hallar Ermənistanın Qərbin sifarişləri əsasında Antirusiya mövqeyini ortaya qoyduğunun bariz nüminəsidir. Qərb Ermənistanın KTMT-dən çıxmasını Rusiya həbi bazasının Ermənistandan çıxarılıb onun yerinə Qərb hərbi qurumlarının yerləşdirilməsini tələb edir. Ermənstan da bu tələbi icra etmək üçün zəmanət istəyir. Amma Ermənistan tamamilə Rusiyadan asılıdır. O baxımdan Qərb hərbi paktın imzalanması, ayrı-ayrı beynəlxalq qurumlarda Ermənistanı dəstəkləyən bəyanatlar verməkə “qorxma biz səninləyik” mesajlarını verir. Görünən budur ki, Ermənistan kölə kimi qalmaq yolunu seçdi. Rusiyanın boyunduğundan çıxıb, özünə Qərbdə ağa axtardı. Bu, Ermənistana baha başa gələcək”.

 

PƏRİ
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI