Deputatdan ipoteka ilə bağlı TƏKLİF

16:30 29-03-2024 | icon 319 | Siyasət
Deputatdan ipoteka ilə bağlı TƏKLİF

"İpoteka kreditləri üzrə şərtlər yüngülləşdirilsin"

 

Deputat Siyavuş Novruzov Milli Məclisin plenar iclasında “İpoteka haqqında” Qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı bildirib ki, Azərbaycanda ipoteka kreditlərinin verilməsi şərtləri yüngülləşməlidir.

 

Deputat qeyd edib ki, dövlət, dövlət başçısı istəyir ki, hər bir vətəndaşı yaxşı yaşasın:

 

"Əfsuslar olsun ki, ipoteka kreditlərindən dövlət qulluğunda çalışanlar geniş şəkildə istifadə edə bilirlər. Digər şəxslərin ipoteka kreditlərindən bəhrələnməsi çətindir. Götürək bənna, zərgər, bərbər, çilingər və digər sahələr üzrə çalışanları - heç biri ipoteka götürə bilmir. Halbuki bunlar hamısı vergi ödəyicisidir”.

 

Deputatın fikrincə, cəmi 3 nəfər (bu il - red) jurnalist ipoteka krediti ala bilib:

 

“Ölkədə nə qədər sayt, sayt rəhbəri var. Qeydiyyatdan keçmiş, əməkhaqqısı yüksək olan jurnalistlər var. İpoteka götürmək istəyəndə isə onlara elə münasibət göstərirlər ki, sanki bu işləri müvəqqətidir. Jurnalist var 20 ildir eyni saytda işləyir, lakin bu günə qədər ipoteka krediti ala bilmir”.

 

O hesab edir ki, bundan əlavə kənd yerlərində yaşayanlara verilən ipoteka ilə şəhərdə yaşayanlara verilən ipoteka krediti arasında fərq olmalıdır:

 

“Gənc ailə, gənc müəllim kənddən ev alıb yaşaya bilməlidir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI