“Xalqın mədəni sərvəti” layihəsi başa çatıb

12:05 30-03-2024 | icon 350 | Mədəniyyət
“Xalqın mədəni sərvəti” layihəsi başa çatıb

Mədəniyyət Nazirliyinin dəstəyi, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası, Gəncə-Daşkəsən və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi Cabbar Qaryağdıoğlunun əziz xatirəsinə həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi başa çatıb.

 

Filarmoniyadan verilən xəbərə görə, Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində keçirilən təntənəli bağlanış mərasimində layihənin ideya müəllifi, Əməkdar artist, Filarmoniyanın direktoru Ramil Qasımov çıxış edərək layihənin musiqimizin müasir nəslə təbliğinə xidmət etdiyini qeyd edib. Həmçinin layihənin gerçəkləşməsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, tabeliyində olan və layihədə iştirak edən Gəncə-Daşkəsən və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinə, bütün iştirakçılara dərin təşəkkürünü bildirib.

 

 
 

 

Bağlanışda Gəncə şəhər Bülbül adina 3 saylı UMM, Gəncə şəhər UİM, Samux Rayon Qarayeri qəsəbə UMM, Samux rayon Sərkar kənd UMM, Göygöl rayon Xaqani kənd UMM, Goranboy rayon Düzqışlaq kənd UMM, Samux şəhər UMM, Goranboy rayon Xan Qərvənd kənd UMM, Göygöl rayon Aşıq Şəmşir adına UMM-ləri çıxış ediblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI