Quba Soyqırımı Memorial Kompleksi ziyarət olunur

12:04 31-03-2024 | icon 178 | Cəmiyyət
Quba Soyqırımı Memorial Kompleksi ziyarət olunur

31 Mart Azərbaycanlıların soyqırımının 106-cı ildönümü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksinə ziyarətçilərin axını başlayıb.

 

Xalqımızın and yerinə çevrilən bu məkana rayon sakinləri axın edirlər. Ziyarətçilər arasında hökumət nümayəndələri, idarə və müəssisələrin kollektivləri, siyasi və ictimai təşkilatların üzvləri, respublikamızın bölgələrindən olan vətəndaşlar, şagird və tələbələr, eləcə də xarici vətəndaşlar var.

 

Ziyarətçilər Quba Soyqırımı Memorial Kompleksinin bələdçiləri tərəfindən ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılırlar.

 

Qeyd edək ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

 

Quba Soyqırımı Memorial Kompleksi – 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılıb və Heydər Əliyev Fondunun dəstəyi ilə 2013-cü il sentyabrın 18-də açılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır"

Brüssel görüşündə hərbi dəstək məsələləri müzakirə olunub?

“İran guya Azərbaycandan təhlükə gözləyirmiş kimi aranı qarışdırır”

Dünya rekordu vuran sirk ustası...

Rusiyada güclü daşqın

Əsən Ana əlləri

Şəhid Abdullazadə Həsənağanın valideynləri ilə görüş

Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

Ağdamda PARTLAYIŞ

Daha bir deputat səlahiyyətini İTİRİR

Hacı da olanda, belə Hacı olasan...

Nurcahan Hüseynova dünyasını dəyişdi

Yaşasaydı bu gün 68 yaşı tamam olacaqdı

Bu gün onun günüdür - Sevindik Hətəmov 61

Goranboy sakini evini satdı: Sosial yardımı DAYANDIRILDI