Laçın məktəbi “Yaşıl dünya naminə həmrəylik ili”ndə

18:15 29-03-2024 | icon 336 | Təhsil
Laçın məktəbi “Yaşıl dünya naminə həmrəylik ili”ndə

Elyanə Zeynalova: “Bu cür tədbirlər şagirdlərin ekoloji dünyagörüşünü artırır”

 

Məlum olduğu kimi, ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Sərəncamda qeyd olunur ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Bundan əlavə, yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir.

 

Hazırda işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ölçüyəgəlməz işlər – “ağıllı şəhər”, “ağıllı kənd”, alternativ enerji layihələri həyata keçirilir. Sözsüz, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ölkəmizin bu istiqamətdə apardığı işlərə daha da təkan verəcək.

     

Sözügedən sərəncam ölkəmizin təhsil sistemi qarşısında da müvafiq vəzifələr qoyur. Sərəncama müvafiq olaraq “Yaşıl dünya naminə həmrəylik ili” səviyyəsində, məsələn, ümumtəhsil müəssisələrinin şagirdləri arasında yaş səviyyəsinə uyğun olaraq tədbirlər təşkil edilib. Məktəblilərin təhsil müəssisələrinin ərazisində yaşıllaşdırma işlərinə təşviq olunması və bu cür tədbirlərin təşkili də məqsədəuyğun sayılıb.

Mart ayının 29-da Laçın şəhər 37 nömrəli tam orta məktəbdə də bu yöndə layihələr həyata keçirilib. Məktəbin 1 a sinifif rəhbəri Elyanə Zeynalova Versus.Az-a açıqlamasında bildirib ki, sözügedən layihədə məktəbin bütün müəllim kollektivi və şagirdləri iştirak ediblər. Elyanə xanım sinif rəhbəri olduğu şagirdlərin digər şagirdlər kimi bu tədbirdə böyük həvəs və sevinclə iştirak etdiyini və daha fəal olduqlarını deyib.

 

E.Zeynalova bildirib ki, bu cür tədbirlər şagirdlərin ekoloji dünyagörüşünün, təbiətə münasibətdə əxlaqi yanaşma mövqeyinin, təbii sərvətlərin öyrənilməsi vasitəsilə idraki səriştələrinin formalaşmasına, öyrənmə və tədqiqatçılıq bacarıqlarının yeni formalarının hazırlanmasına, məktəblilərin ekoloji hərəkata, ekoloji yönümlü fəaliyyətə cəlb edilməsinə, bilik axtarışının müxtəlif forma və metodlarını, praktiki bacarıqları, təşkilatçılıq qabiliyyətlərini mənimsəmələrini stimullaşdıra bilər.

 

 

 

ARZU
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Daha bir ölkə ilə dostluq əlaqəsi QURULUR

"Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır"

Brüssel görüşündə hərbi dəstək məsələləri müzakirə olunub?

“İran guya Azərbaycandan təhlükə gözləyirmiş kimi aranı qarışdırır”

Dünya rekordu vuran sirk ustası...

Rusiyada güclü daşqın

Əsən Ana əlləri

Ötən gün həlak olan hərbçimizə şəhid statusu veriləcək

Şəhid Abdullazadə Həsənağanın valideynləri ilə görüş

Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

Ağdamda PARTLAYIŞ

Daha bir deputat səlahiyyətini İTİRİR

Hacı da olanda, belə Hacı olasan...

Nurcahan Hüseynova dünyasını dəyişdi

Yaşasaydı bu gün 68 yaşı tamam olacaqdı