"Böyük Ermənistan" xülyası ilə törədilən soyqırım və etnik təmizləmə

18:23 31-03-2024 | icon 272 | Siyasət
"Böyük Ermənistan" xülyası ilə törədilən soyqırım və etnik təmizləmə

Kamilə Əliyeva: “Ermənilər heç vaxt millət, xalq kimi formalaşmağı bacarmayıblar”

 

“Heç vaxt bir millət və xalq kimi formalaşmağı bacarmayan ermənilər həmişə digər xalqlara qarşı məkrli, düşmən mövqeyi nümayiş etdiriblər. Dövlətçilik prinsiplərindən uzaq, tayfa təfəkkürünü adlaya bilməyən haylar qədim Azərbaycan torpaqlarına köçürüldükdən sonra azərbaycanlılara qarşı havadarlarının köməyi ilə vəhşiliklər, cinayətlər törətməyə başladılar”.

 

Bunu Versus.Az-a 31 Mart - Azərbaycanlıların soyqırımı ilə bağlı danışan deputat Kamilə Əliyeva bildirib.

 

 

Deputat qeyd edib ki, ermənilər hər zaman dünyada baş verən əlverişli tarixi proseslərdən istifadə edərək uydurduqları "Böyük Ermənistan" ideyalarını həyata keçirmək üçün azərbaycanlılara qarşı soyqırım, etnik təmizləmə həyata keçiriblər:

 

“XIX əsrdə Çar Rusiyası tərəfindən İrandan Azərbaycan ərazilərinə köçürülən ermənilər 1905-ci ildə soydaşlarımıza qarşı böyük qətliamlar törətdilər. Sonrakı illərdə də ermənilər azərbaycanlılara qarşı vəhşiliklər törətməkdə davam ediblər. 1918-ci ilin mart qırğınları xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Bu tarixdə Qarabağda, Zəngəzurda, Şamaxıda, Qubada on minlərlə soydaşımız ermənilər tərəfindən soyqırıma məruz qalmışlar. 1918-ci ilin mart-aprel aylarında daşnaq-bolşevik silahlı qüvvələri Bakı şəhərində və Bakı quberniyasına daxil olan digər qəzalarda misli görünməmiş vəhşiliklər, kütləvi qırğınlar törətmişlər. 1918-ci ilin 30 mart tarixindən 3 aprel tarixinədək Bakı şəhərində, Qarabağda, Naxçıvanda və digər ərazilərdə ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insan öz yurd yerlərindən qovulmuşlar”.

 

1918-ci ilin mart soyqırımının tək Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı cinayətlərdən biri olduğunu vurğulayan K.Əliyeva qeyd edib ki, ermənilər azərbaycanlılarla yanaşı bu ərazilərdə yaşayan minlərlə ləzgi, yəhudi, avar, rus millətindən olan insanları da qətlə yetiriblər.  Deputat bildirib ki, ermənilər soydaşlarımızı qətlə yetirməklə yanaşı, dini, mədəni-tarixi abidələrimizi də dağıdaraq yerlə yeksan ediblər:

 

“1918-ci ilin mart ayının 31-dən başlayaraq Bakı Sovetinin və "Daşnaqsutyun" partiyasının 10 minədək silahlı dəstələri Bakı şəhərinin azərbaycanlılar yaşayan məhəllələrinə hücum edərək qocaları, qadınları, uşaqları belə qətlə yetirdilər.

Şamaxı və Quba rayonlarında da ermənilər azərbaycanlılara qarşı soyqırımı cinayəti törətmişlər. 1990-cı illərdə aparılmış tədqiqat nəticəsində məlum olmuşdur ki, ermənilər Şamaxı şəhərində 14-16 min, Şamaxının kəndlərində isə 6-8 min nəfər azərbaycanlını xüsusi amansızlıqla qətlə yetiriblər. Quba şəhərində təxminən 2900, Quba qəzası üzrə ümumilikdə 4000 nəfərdən artıq azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilib. Tədqiqatlar zamanı məlum olmuşdur ki, burada insanlar odlu silahlarla öldürülməyib, onların başları kəsilib, küt alətlərlə başlarına mismar vurmaqla qətlə yetiriliblər.

Baş vermiş bu vəhşiliklər və soyqırım siyasətinə məhz ulu öndər Heydər Əliyev tərəfindən siyasi qiymət verilmişdir. Ulu öndərin 1998-ci ilin martın 26-da imzaladığı Fərmanla 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" elan edilmişdir.

2007-ci ildə Qubada tikinti işlərinin aparılması ilə əlaqədar aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqlar aşkar edilmişdir. Məzarlıqda 500-dək insan kəlləsi aşkarlanmışdır. Burada uşaqlar və qadınların da olduğu çoxlu sayda cəsədlər var idi. Tədqiqatlarla sübut olunmuşdur ki, bunlar 1918- ci ildə ermənilər tərəfindən qətlə yetirilmiş insanların cəsədləridir. Qubada törədilmiş bu soyqırımın dünya ictimaiyyətinə çatdırılması və gələcək nəsillərin yaddaşlarında qorunub saxlanılması məqsədi ilə Prezident cənab İlham Əliyev "Soyqırım memorial kompleksinin yaradılmasına qərar vermişdir. Erməni-bolşevik dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdiyi soyqırımı dünya ictimaiyyətinə çatdırılması məqsədilə Prezident cənab İlham Əliyev 2018-ci il yanvarın 18-də "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncam imzalamışdır. Özlərini dünyaya yazıq, məzlum xalq kimi təqdim etmək istəyən ermənilərin tarix boyu Azərbaycan xalqına qarşı hansı vəhşiliklər törətdiklərini bütün dünya bilməlidir.

Prezident cənab İlham Əliyev tarixi faktlarla bütün dünyaya ermənilərin əsl xislətini, eləcə də müasir Ermənistan dövlətinin işğalçı bir dövlət olduğunu sübuta yetirdi”.

 

T.Qafarlı
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İran guya Azərbaycandan təhlükə gözləyirmiş kimi aranı qarışdırır”

Əsən Ana əlləri

Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

“İranın bu təhdidləri yeni deyil”

“Azərbaycan və İsrailin müvafiq qurumları kifayət qədər hazırlıqlıdır”

“Amerika ilə Fransa Rusiya ilə gizli danışıqlara gedəcək”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

Laçında mövqelərimiz atəşə TUTULDU

Avtomatı gözübağlı söküb-yığan məktəbli qız

İran XİN Brüssel görüşünə münasibət bildirib

67 illik dillərdə dastan sevgi hekayəsi

Ceki Çanın kəskin qocalmasının SƏBƏBİ

“Qızıl top” üçün mübarizə aparan oyunçuların yenilənmiş reytinqi

“Ludus”un təsisçisi Bakıda

Bu ilin ilk Günəş tutulması başa çatıb