Xəbərdarlıq sistemlərinə dair yeni dövlət standartı qəbul edilib

12:13 01-04-2024 | icon 307 | İqtisadiyyat
Xəbərdarlıq sistemlərinə dair yeni dövlət standartı qəbul edilib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS EN 50130-4:2024 “Xəbərdarlıq sistemləri - Hissə 4: Elektromaqnit uzlaşması - Məhsul ailəsi standartı: Yanğın, müdaxilə, saxlama, CCTV, girişə nəzarət və sosial siqnalizasiya sistemlərinin komponentləri üçün dözümlülük tələbləri” dövlət standartı qəbul edilib.

 

Versus.Az-ın AZSTAND-a istinadən xəbərinə görə, standartda yaşayış, ticarət, sənaye mühitləri, binalar və onların ətrafında istifadə üçün nəzərdə tutulan siqnalizasiya sistemləri, yanğın, aşkarlama, müdaxilə və yanğın siqnalizasiya sistemlərinin komponentlərinə dair dözümlülük tələblər əks olunub.

 

Qeyd edək ki, yeni dövlət standartı “İnformasiya-kommunikasiya texnologiyaları” (AZSTAND/TK 05) standartlaşdırma üzrə Texniki Komitədə müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI