Daha bir ölkədə dördgünlük iş HƏFTƏSİ

19:39 01-04-2024 | icon 254 | Dünya
Daha bir ölkədə dördgünlük iş HƏFTƏSİ

Kopenhagen bələdiyyəsi aprelin 1-dən öz əməkdaşları üçün dördgünlük iş həftəsi rejimi tətbiq edir.

 

Versus.az xəbər verir ki, ilin sonunadək davam edəcək eksperimentdə bələdiyyənin 6 administrasiyasının 14 işçi vəzifəsi üzrə əməkdaşları iştirak edirlər. Eksperiment başa çatdıqdan sonra qısaldılmış iş həftəsi rejimi rəsmi qaydada təsdiq olunacaq.

 

“Pandemiyadan sonrakı bu vəziyyət Danimarka bələdiyyələri arasında bundan sonra da saxlanılacaq”, - deyə Roskille Universitetinin əmək qanunvericiliyi sahəsi üzrə tədqiqatçısı Yanne Qlerup bildirib.

 

Sözügedən təşəbbüsə daxil edilən müəssisələrdən biri də Kopenhagenin mərkəzində yerləşən və psixi cəhətdən zəif gənclər üçün nəzərdə tutulan Radiseveydir.

 

“Keçirilən iclasların birində bütün əməkdaşlarımız bunun çox yaxşı fikir olduğunu və iş həyatı ilə şəxsi həyat arasında daha yaxşı balans yaratmağa xidmət etdiyini bildiriblər”, - deyə bölmə rəhbəri Yonas Ammitsbyöll vurğulayıb.

 

O, bir neçə gün davam edəcək istirahət günlərində əməkdaşların daha yaxşı istirahət edə biləcəklərinə və qarşıdakı iş həftəsi üçün daha gümrah olacaqlarına inandığını deyib.

 

Yanne Qlerupun sözlərinə görə, bu qəbildən yeniliklər Danimarkanın biznes həyatında artıq çoxdan tətbiq olunur, indi isə ölkənin dövlət qurumları da bu nümunədən istifadə etmək niyyətindədirlər. Ötən il Kopenhagen bələdiyyəsində dördgünlük iş həftəsi rejiminin tətbiq olunması fikri irəli sürüləndə, bu ideyanı bütün partiyalar dəstəkləyib. Məqsəd əməkdaşlar arasında stresin azaldılması ilə yanaşı, bələdiyyəni həm də işəgötürən kimi daha cəlbedici quruma çevirməkdən ibarətdir.

 

“Bazar ertəsindən cümə gününədək gündə səkkiz saat işləmək və həftədə cəmi iki gün istirahət etmək ənənəsi artıq keçmişdə qalmalıdır”, - deyə Yonas Ammitsbyöll əlavə edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI