Belarus Kinosu Günlərinin açılışı olub

19:51 01-04-2024 | icon 228 | Film
Belarus Kinosu Günlərinin açılışı olub

Azərbaycanda Belarus Mədəniyyəti Günləri çərçivəsində keçirilən Belarus Kinosu Günlərinin açılış tədbiri baş tutub.

 

Versus.Az xəbər verir ki, Nizami Kino Mərkəzində baş tutan açılışda hər iki ölkənin mədəni-ictimai xadimləri iştirak edib.

 

Əvvəlcə Azərbaycan Respublikasının Kino Agentliyinin direktor səlahiyyətlərini icra edən Orxan Fikrətoğlu çıxış edərək sözügedən tədbiri mədəniyyət hadisəsi adlandırıb.

 

Orxan Fikrətoğlunun sözlərinə görə, Azərbaycan filmlərinin də Belarusiyada bu formada təqdimi nəzərdə tutulub.

 

Daha sonra "Belarusfilm" Milli Kinostudiyasının baş direktoru Yuri Aleksey çıxış edərək dördgünlük mədəniyyət hadisəsi ilə bağlı təəssüratlarını ifadə edib.

 

Çıxışlardan sonra "Лист ожидания" dramının nümayişi baş tutub. 2023-cü ildə istehsal olunan filmin rejissoru A.Yefremovdur.

 

Qeyd edək ki, 1-4 aprel tarixlərində Bakıda keçiriləcək Mədəniyyət Günləri çərçivəsində Belarus Kinosu Günləri, Belarus Milli İncəsənət Muzeyinin “Belarus rəssamların gözü ilə” adlı sərgisinin nümayişi və Belarus xalq sənətkarlıq nümunələri və incəsənət ustalarının ifasında konsert proqramı nəzərdə tutulub.

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı