Ermənistan ikinci Ukrayna olacaq, amma...

19:59 01-04-2024 | icon 285 | Geopolitika
Ermənistan ikinci Ukrayna olacaq, amma...

Fuad Əliyev: "Qərb Ermənistanın əli ilə Rusiyaya yeni cəbhə açmaq istəyir"

 

“Qərb Ermənistanın əli ilə Rusiyaya yeni cəbhə açmaq istəyir. Bu da öz növbəsində regiona, Cənubi Qafqaza da təsir edəcək”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında siyasi şərhçi Fuad Əliyev bildirib.

 

Onun sözlərinə görə, Ermənistan 5 aprel 2024-cü ildə Brüseldə keçiriləcək Avropa İttifaqı-Ermənistan-ABŞ birgə konfransda müharibəyə doğru bir addım qabağa gedəcək:

 

“ABŞ, Avropa İttifaqının Azərbaycana qarşı ikili siyasəti artıq aydın görünür. Bu ölkələr Cənubi Qafqazda sülhün bərqərar olmasına dəstək vermək əvəzinə, vəziyyəti daha da gərginləşdirirlər. ABŞ, Fransa və ümumilikdə Avropa regionu qeyri-sabitliyə və fəlakətə sürükləyir. Hərbi pakt Azərbaycana hərbi təzyiq və müdaxilə planının tərkib hissəsidir. Ermənistan və onun havadarları Azərbaycanın gücünü nəzərə almaq istəmir. Digər tərəfdən Azərbaycanın tək olmadığını da yaddan çıxarıblar. Azərbaycanın yanında Türkiyə və Pakistan kimi qardaş və dost ölkələr var. Regionun başqa oyunçuları var - Rusiya və İran. Bu ölkələr də öz sərhədlərinə yaxın NATO qoşunlarının yerləşdirilməsinə narahatçılığını bildiriblər”.

 

Fuad Əliyev qeyd edib ki, Ermənistanın Rusiya ilə münasibətlərinin pozulması ona baha başa gələcək:

 

“Ermənistan ikinci Ukrayna olacaq. Amma Ukrayna kimi uzun müddətli müharibəni apara bilməyəcək. Onun nə iqtisadi, nədə ki, hərbi potensiallı var. Bu gedişatla Ermənistan öz mövcudluğunu itirəcək”.

 

PƏRİ
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı