Bakının üfunətdən boğulan ərazisi ilə bağlı plan

15:20 02-04-2024 | icon 159 | Sosial
Bakının üfunətdən boğulan ərazisi ilə bağlı plan

“Kanalizasiya infrastrukturu qurulacaq”

 

Bakının Suraxanı rayonu Hövsan qəsəbəsində yaranan acınacaqlı vəziyyət hər kəsin narahatlığına səbəb olub. Çünki ərazidə iri boru ilə Xəzərə axıdılan çirkab suları və əraziyə atılan zibillər xoşagəlməz görüntü yaratmaqla yanaşı, həm dənizin çirklənməsinə, həm də ətrafa üfunət iyinin yayılmasına səbəb olub.

 

“Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, təmsil etdiyi qurum bu ərazidə xidmət göstərmir:

 

“Bu, açıq kanaldır. O, sovet dövründə çəkilib və əsasən, neftin lay sularını kənarlaşdırmaq üçün nəzərdə tutulub. Sonradan ərazidə məskunlaşan insanlar kanalizasiya sularını da həmin bu kanala qoşublar. Bu səbəbdən həm yağış suları, həm qrunt suları, həm də kanalizasiya suları hamısı bir yerdə axır gedir Xəzər dənizinə. Bu gün ora bizim xidməti ərazi deyil”.

 

A.Cəbrayıllı gələcəkdə ərazidə kanalizasiya infrastrukturunun yaradılacağını da diqqətə çatdırıb:

 

“Gələcəkdə Abşeron yarımadasının Baş Planı olacaq, həmin plana əsasən, bu açıq kanala tökülən tullantıların da qarşısı alınıb kanalizasiya kollektorlarına yönləndiriləcək. Bunun üçün də hökmən o ərazilərdə kanalizasiya infrastrukturu yaradılacaq”.

 

Suraxanı Rayon İcra Hakimiyyətinin Mətbuat Xidmətindən bildirildi ki, məsələ araşdırılaraq, müsbət həllini tapıb:

“Ərazi tam olaraq təmizlənib”.

 

Oxu.Az-ın ərazidən görüntüləri təqdim edirik:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı