Dövlət qulluğu imtahanlarında 16 mindən çox namizəd iştirak edib

11:24 03-04-2024 | icon 144 | Təhsil
Dövlət qulluğu imtahanlarında 16 mindən çox namizəd iştirak edib

2023-cü il ərzində Dövlət İmtahan Mərkəzi dövlət qulluğunun inzibati vəzifələrinin tutulması məqsədilə hər biri 6 imtahan olmaqla A və B növləri üzrə ümumilikdə 12 test imtahanı keçirib. İmtahanlarda iştirak edən 16200 namizəddən 4709 nəfəri imtahanlarda uğurlu nəticə əldə edib.

 

DİM-dən verilən xəbərə görə, test imtahanlarında uğur əldə edərək sertifikat alan namizədlərin təhsil aldığı ali məktəblər üzrə nəticələrə əsasən, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Naxçıvan Dövlət Universitetinin tələbələri ilk üç yerdə qərarlaşıblar. Test imtahanlarında uğur əldə edən şəxslərin yaş qrupları üzrə bölgüsünə əsasən qadın namizədlərin 18-24 yaş qrupu (42.80%), kişi namizədlərin isə 25-29 yaş qrupu (41.43%) üzrə ən yüksək nəticə əldə etdiyi məlum olub. 55 və daha yuxarı yaş qrupu üzrə uğurlu nəticə qeydə alınmayıb.

 

Hesabat dövrü ərzində 110 dövlət orqanında vakant olan 1431 inzibati vəzifənin tutulması məqsədilə müsabiqənin müsahibə mərhələsi üzrə elan verilib. Həmin vəzifələrin 150-si inzibati rəhbər vəzifələrə (A növü), 1281-i isə inzibati icraçı vəzifələrə (B növü) aid olub.

 

Müsabiqənin müsahibə mərhələsinə ən çox vəzifəni Kənd Təsərrüfatı Nazirliyi (336 vəzifə) çıxarəb, ən çox müraciət isə Qida Təhlükəsizliyi Agentliyi üzrə (2073 müraciət) qeydə alınıb.

 

Müsabiqənin müsahibə mərhələsində iştirak sayına görə kişi namizədlər (51.52%) üstünlük təşkil edib. Müsahibələrdə iştirak edənlərin əksəriyyəti gənclərdən (70.58%) ibarətdir. Namizədlər arasında 18-24, 30-34 və 35-39 yaş qruplarında qadınlar üstünlük təşkil edib. 40 yaşdan yuxarı namizədlər müsabiqənin müsahibə mərhələsində iştirak edənlərin cəmi 2.32%-ni təşkil edib. Müsabiqənin müsahibə mərhələsində yaşı 60-dan yuxarı olan 2 namizəd də iştirak edib.

 

Ötən il ərzində müsahibələrdə uğur əldə etmiş namizədlər 40-ı məhkəmə orqanı olmaqla, 67 dövlət orqanında 1003 vakant vəzifəyə təyin edilib. Ən yüksək təyinat müsabiqə üzrə (493/49.15%) müşahidə edilir. Müsabiqədə uğur qazanmış şəxslər arasında ən çox təyinatı Qida Təhlükəsizliyi Agentliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aparıb.

 

Dövlət qulluğuna qəbulun müsabiqə əsasında aparıldığı tarixdən ehtiyat kadrların təyinatında ən yüksək göstərici hesabat ili ərzində qeydə alınəb. Belə ki, 13-ü məhkəmə orqanı olmaqla, 38 dövlət orqanında 364 vəzifəyə ehtiyat kadrlar təyin edilib. Müsabiqədən müvəffəqiyyətlə keçərək ehtiyat kadrlar siyahısına daxil edilmiş şəxslər 2022-ci ildə 178 analoji vəzifələrə təyin edilmişdirsə, cari ildə bu say 47.75 % artaraq 263 vəzifə olub.

 

Ümumilikdə 2022-ci illə müqayisədə 2023-cü ildə dövlət qulluğu üzrə imtahanlarda iştirak edənlərin sayı 13.7% artıb. Bu da ölkədə karyerasını dövlət qurumlarında davam etdirmək istəyən potensial kadrların ilbəil artdığına dəlalət edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İran guya Azərbaycandan təhlükə gözləyirmiş kimi aranı qarışdırır”

Brüssel görüşündə hərbi dəstək məsələləri müzakirə olunub?

Əsən Ana əlləri

Şəhid Abdullazadə Həsənağanın valideynləri ilə görüş

Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

Daha bir deputat səlahiyyətini İTİRİR

Hacı da olanda, belə Hacı olasan...

Nurcahan Hüseynova dünyasını dəyişdi

Yaşasaydı bu gün 68 yaşı tamam olacaqdı

Goranboy sakini evini satdı: Sosial yardımı DAYANDIRILDI

Cüdoçumuz Avropa kubokunda üçüncü olub

Bu gün onun günüdür - Sevindik Hətəmov 61

Bu gün IX sinif şagirdləri buraxılış imtahanı verəcək

Uşaqlar üçün ayaqla birlikdə böyüyən krosovka

Həkimdən XƏBƏRDARLIQ