"Qərb üçün hədəf məhz Rusiyadır"

11:35 04-04-2024 | icon 306 | Geopolitika
"Qərb üçün hədəf məhz Rusiyadır"

Vüqar Dadaşov: "Azərbaycanın isə Qərbin vədlərinə inanacağını ehtimal etmək belə mümkün deyil"

 

"Fransa prezidentləri içində Emanuel Makron beynəlxalq siyasi arenada ciddi qəbul edilməyən dövlət başçısı kimi şəxsini təsdiq edib. Makronun hakimiyəti dövründə Fransanın dünyada, xüsusəndə Afrikada, keçmiş müstəmləkə ölkələrində uğursuzluqları təbii ki, paralel olaraq onun şəxsi ilə bağlı nəticədir".

 
 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Cəbhə Partiyasının sədr müavini, hüquqşünas Vüqar Dadaşov bildirib.
 
 
 
V.Dadaşov qeyd edib ki, Fransanın Cənubi Qafqaz və xüsusən də Ukrayna cəbhəsində açıq şəkildə Rusiya üzərinə getməsi və özünü NATO və Qərbin lokamativi kimi irəli atılması əslində, Fransanın dövlət nüfuzu və təsir imkanlarının bərpası və ən əsası isə Makronun özünün şəxsini, ciddiliyini dünya liderlərinə, ölkələrə qəbul etdirmək istəyinə bağlıdır. Onun sözlərinə görə, Makronun Ukraynaya ordu yeritmək və Rusiya qarşı açıq konfrantasiya siyasəti, onu öz istəyinə yaxınlaşdırıb:
 
 
 
"Fransanın vahid Avropa, Qərb siyasətindən kənar hərəkət cəhdi də məhz Makronun həmin niyyətinin elementidir. O ki, qaldı Fransanın, ABŞ-ın və ümumiyyətlə Qərbin Rusiyanı Cənubi Qafqazdan, xüsusilə də Ermənistandan çıxarmaq planlarına əlbəttə, Rusiyanın regiondan çıxarılması mümkün olmayacaq. Sözsüz ki, Rusiyanın regiondan çıxarılması məsələsi, ancaq Rusiyanın daxili siyasi vəziyyətinə bağlı reallıqdır.
Ermənistan Azərbaycan arasında geniş hərbi toqquşma ehtimalı da çox azdır. Aprelin 5-də gözlənən Ermənistan Avropa İttifaqı və ABŞ-ın üçtərəfli görüşün Azərbaycan üçün bir təsirli nəticəsi də olmayacaq. Əlbəttə ki, bu görüşün əsas hədəfi Ermənistana vədlər verməklə, onu Rusiyadan uzaqlaşdırmaqdır. Azərbaycanın tələbləri və istəklərinə uyğun olaraq həmin görüşdə Cənubi Qafqaz, Ermənistan-Azərbaycan münasibətlərin müzakirə olunmayacağı elan edilməsi və bu gün ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi ona sübutdur ki, Qərb üçün hədəf məhz Rusiyadır. Ancaq siyasət çirkin olduğu qədər də riyakardır. Azərbaycanın isə Qərbin açıqlamalarına, vədlərinə inanacağını belə ehtimal etmək mümkün deyil.
 
 
 
LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı