Kirayəçilərə yeni hüquqlar verilir?

11:52 19-04-2024 | icon 251 | Cəmiyyət
Kirayəçilərə yeni hüquqlar verilir?

Çoxmənzilli binaların idarə edilməsində problemlər mövcuddur. Əksər binalarda sakinlərin özlərinin yaratmalı olduqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (MMC) mövcud deyil. Hətta ara-sıra binaları elə MTK-ların özlərinin idarə etdiyi bildirilir.

 

Ötən il Nazirlər Kabineti “Çoxmənzilli binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 1 iyul 2010-cu il tarixli qərarında dəyişiklik edib. Qərara əsasən, artıq çoxmənzilli binaların idarə olunmasında sahə mülkiyyətçiləri ilə yanaşı, kirayəçilər də iştirak edə bilirlər.

 

Bəs sakinlərin özünün hələ də tənzimləyə bilmədiyi prosesdə kirayəçilər necə iştirak edə bilirlər?

 

Mövzu barədə Bizim.media-ya danışan daşınmaz əmlak üzrə ekspert Elnur Azadov deyib ki, burada məsuliyyət kirayəçinin üzərinə düşür:

 

“Kirayəçilərin məsuliyyətini əvvəllər mülkiyyət sahibləri daşıyırdılar. Yəni istənilən bir əməlinin məsuliyyəti mülkiyyət sahibinin üzərində idi. İndi qanunda olan dəyişikliyə əsasən, məsuliyyət kirayəçinin üstünə düşüb. İdarəetmə qaydaları necə qəbul olunubsa, icarəçi də həmin qaydalara riayət etməli olacaq. Qalan işlər isə mülkiyyət sahibinin etibarnaməsi ilə ola bilər. Əgər ona etibar edə bilirsə, bu da əks oluna bilər. Bu, hər iki tərəf üçün müsbət haldır”.

 

O bildirib ki, bu, kirayə müqaviləsi əsasında mümkündür:

 

“Kirayəçi xidmət haqqını mülkiyyətçinin əvəzinə ödəyə bilər. Bu da yəqin ki, kirayə müqaviləsində öz əksini tapa bilər. Burada qeydiyyat məsələsi var. Burada kirayə müqaviləsi olmalıdır, müqavilə əsasında kirayəçinin həmin mənzilə qeydiyyata düşmək hüququ var”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI