MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

14:16 19-04-2024 | icon 276 | Siyasət
MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Müstəqil Həmkarlar Birliyinin (MHB) İdarə Heyəti Bakı şəhər və rayon təşkilatlarının nümayəndələri ilə birgə toplantı keçirib. Toplantıda Bakı şəhər rayon təşkilatlarının fəaliyyəti, yaranan problemlər, vətəndaşlarla işin təşkili, qarşıdan gələn seçkilər və təşkilatı məsələlər müzakirə olunub.

 

Versus.Az xəbər verir ki, İdarə Heyətinin üzvü Fuad Əliyev çıxışında Prezident seçkiləri zamanı MHB-nin rayon təşkilatlarının fəaliyyətini yüksək qiymətləndirib.

 

F.Əliyev bütün rayon təşkilatlarının üzvülərinə təşəkkürünü ifadə edib:

 

"Üzvlərimiz seçkinin bütün mərhələlərində çox fəal oldular. İndi də qarşıdan gələn növbəti seçkilərə hazırlaşmalıyıq. Bu fəallıq təkrar olunsa, biz seçkilərdə qalib olacağıq”.

 

F.Əliyev xaricdən maliyyələşən bəzi qrupların zəhmətkeşlərin adından istifadə edərək cəmiyyətdə sabitliyi pozmaq istədiklərinə də diqqət çəkib:

 

“Bu gün biz nəinki 30 il, 100 il, 200 il arzuladığımız Azərbaycanda yaşayırıq - əraziləri tam bərpa edən Azərbaycanda. Bu radikal qruplar indi nə istəyirlər? Deyirdilər ki, işğal olunan Qarabağ torpaqları qaytara bilmiyəcəyik. Qaytardıq! Deyirdilər ki, Şuşa, Xankəndi, Xocavənd, Xocalını qaytara bilmiyəcəyik. Qaytardıq! Dedilər ki, Rusiya sülhməramlılar Azərbaycandan çıxmayacaqlar. Çıxdılar! Bunlar Azərbaycan xalqının sevincinə qoşulmaq əvəzinə, bax belə bəyanatlar verərərk cəmiyyətdə çaşqınlıq salırdılar, Qələbəmizi aşağılayırdılar. Xalqın qarşısına çıxıb üzr istəmək əvəzinə, Ali Baş Komandan İlham Əliyevə təşəkkür bildirmək əvəzinə, xalqın, zəhmətkəşlərin adından istifadə edərək mitinq təyin edirlər. Bizim Qələbəmizə üç qüvvə sevinməyib - ermənilər, Fransa və bəzi Avropa ölkələrini çıxsaq, Avropa İttifaqı və bu radikal qrup. Bunların da arxasında duran, maliyyələşdirən, göstəriş verən ABŞ-dır. Zəhmətkeşləri birləşdirən, hər gün zəhmətkeşlərin problemləri ilə məşqul olan, onlara dəstək verən Müstəqil Həmkarlar Birliyi olaraq zəhmətkeşin adından biz danışa bilərik, bu kiçik bir qrup radikal qrup yox. Sosial problemlər mitinqdə həll olunmur. Onun qanuni yolu var. Müstəqil Həmkarlar Birliyi vətəndaşların problemlərini qanuni yolla həll edir. Bu radikal qrup demir ki, “onun arxasında xalq var” və zəhmətkeşi fikirləşirsə, onda gedib seçkilərdə iştirak edərdi. Amma uduzmaq qorxusundan iştirak etmədi. Biz qorxmadıq, iştirak etdik və sözümüzü dedik. İndi yenə də seçkilər yaxınlaşır. Gəlin iştirak edin, əgər gücünüz varsa”.

 

MHB İdarə Heyətinin üzvü Xəzər Teyyublu da çıxış edərək Birliyin yaranmasından sadəcə 1 il keçməsinə baxmayaraq çoxsaylı vətəndaşın müraciət və şikayətlərinin qəbul edildiyini, bu müraciətlərin həlli üçün lazımlı addımların atılması üçün işlər aparıldığını qeyd edib.

 

X.Teyyublu MHB-nin fevralın 7-də keçirilən Prezident seçkilərinə də diqqət çəkib:

 

"Müstəqil Həmkarlar Birliyi həmin seçkilərdə öz namizədi ilə iştirak etdi. Seçki təcrübəsinə malik bir təşkilat olaraq həm də ölkəmizdə keçirilməsi gözlənilən parlament və bələdiyyə seçkilərində iştirak etməyi nəzərdə tutur. Bunun üçün seçki qərargahının yaradılması, seçki hazırlığını prosesinə başlanılması və bu istiqamətdə işlərin görülməsini elan edirik. Düşünürük ki, bu gün ölkəmizdə 30 ildən çox işğal altında olan torpaqlatımızın azad olunması, ölkəmizdə olan xarici silahlı qüvvələrin ölkəmizdən çıxarılması o deməkdir ki, qarşıda sosial sahədə böyük prespektivli inkişaf mərhələsi durur. Bu inkişaf üçün böyük sosial proyektlərin həyata keçirilməsi nəzərdə tutulacaq. Buna görə vətəndaşlarımızın sosial-iqtisadi maraqlarına uyğun qanunların qəbulundan tutmuş, digər məsələlərə qədər problemlərin həlli lazımdır və bu da qanunvericilik orqanlarından keçir. MHB belə hesab edir ki, parlamentdə namizədlik irəli sürülsün və konkret olaraq burada Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev nəzərdə tutulur. Çox güman ki, digər seçkilərdə də vaxtaşırı MHB-nin seçki qərargahı bu formada öz siyasətini quracaqdır. Əgər MHB xalqımızın rəğbətini qazanaraq parlament seçkilərinin nəticəsi olaraq parlamentə düşmək üçün mandat alarsa bu mərhələdən sonra ölkəmizdə sosial siyasətin inkişafında, sosial rifahın gücləndirilməsində Müstəqil Həmkarlar Birliyi mahiyyətinə uyğun olaraq öz töhfəmizi vermək əzmindəyik. Bu baxımdan seçkilərdə iştirak etmək tərəfdarı olaraq seçki qərargahının yaradılmasının elan edilməsini alqışlayıram. Seçki qərargahının yaranmasından sonra da digər prosedur qaydalarına uyğun olaraq MHB bu seçki prosesində öz fəaliyyətinə, öz nizamnaməsinə və qanun çərçivəsində fəalliyət göstərəcəkdir”.

 

İdarə Heyətinin üzvü Əhməd Rəhmanov çıxışında vətəndaşları seçki prosesində fəal olmağa və cəmiyyətin problemlərinin həlli üçün birgə çalışmağa çağırıb.

 

Çıxışlardan sonra Əhməd Rəhmanov MHB Bakı şəhər bəzi Rayon Təşkilatların nümayəndələrin vətəndaşların şikayətlərini və bu problemlərin həlli yolunda hansı addımların atılmasının lazım olduğu barəsində məlumat verib.

 

AYSEL
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq