Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?

18:34 19-04-2024 | icon 425 | Gündəm
Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?

Ermənistan tərəfi Qazaxın işğal altındakı 4 kəndini Azərbaycana qaytarmağa razılaşıb. Bu razılıq aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Baş nazirlərin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryan arasındakı görüşdə əldə olunub.

 

Delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

 

Bəs bu proses hansı ilin xəritələrinə əsaslanır?

 

Versus.az xəbər verir ki, Ermənistan Baş nazirinin Aparatından “Armenpress”ə bildirlib ki, prosesin kartoqrafik əsasını SSRİ dövründən qanuni əsasa malik olan və müvafiq səlahiyyətlərə malik orqanlar tərəfindən tərtib edilmiş ən son topoqrafik xəritələr təşkil edir.



“Əhəmiyyətli bir nüans ondan ibarətdir ki, Komissiyaların bəyanatına görə, Sovet İttifaqının dağılması zamanı mövcud olan və hüquqi əsası olan sərhədlər bərpa olunur. Yəni Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasında de-yure mövcud olmuş sərhədlərdən söhbət gedir. Onu da vurğulamaq vacibdir ki, Ermənistan və Azərbaycan arasında bütün sərhədlərin delimitasiyası prosesi 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq. Bu, sərhədin delimitasiyası prosesinin əsas prinsipi kimi təsbit olunub. Bu prinsip, həmçinin yaxın aylarda tərəflər arasında razılaşdırılacaq və Parlamentdə ratifikasiya prosesi daxil olmaqla, lazımi daxili təsdiqlərdən keçəcək sərhədin delimitasiyası prosesi haqqında Əsasnamədə də təsbit edilməlidir”, - deyə Nikol Paşinuanın Aparatından qeyd edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI