Yumurta kəskin ucuzlaşdı

10:18 20-04-2024 | icon 289 | İqtisadiyyat
Yumurta kəskin ucuzlaşdı

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur ki, yumurtanın qiyməti orta hesabla 45-50 faiz azalıb.

 

Bəs bu ucuzlaşmanın səbəbi nədir?

 

Suala aydınlıq gətirən Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli Bizim.media-ya bildirib ki, yumurtanın qiymətinin aşağı düşməsinin bir neçə səbəbi var:

 

“Əvvəla, Novruz bayramından sonra bazarda yumurtaya tələbat xeyli azalır. Bundan əlavə, yaz aylarında kənd toyuqlarının daha çox yumurta verməsi fabrikdə istehsal olunan yumurtaya tələbatı bir qədər azaldır. Nəzərə alaq ki, təkcə fabrik yox, həm də “kənd yumurtası” da xeyli ucuzlaşıb.

 

Digər bir səbəb istehlakın azalmasıdır.

 

Əhali yaz aylarında yumurtadan daha az istifadə edir. Ucuzlaşmanın ən əsas səbəbi təklifin tələbi üstələməsidir. Hazırda toyuqçuluq fabrikləri bazara daha çox yumurta çıxarırlar. Hazırda ölkənin gündəlik yumurta tələbatı 3 milyon 200 min ədəddir. Amma ölkə üzrə gündəlik 5 milyon ədəd yumurta istehsal olunur. Yaranmış bolluq gündəlik satış qiymətinə də öz təsirini göstərir. Məhz sadaladığımız səbəblərə görə yumurtanın qiyməti xeyli aşağı düşüb”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“ABŞ-ın Azərbaycana qarşı yumşalmalarının arxasında bəd niyyət varsa…”

Azərbaycan-İran birgə layihələrindən GÖZLƏNTİLƏRİMİZ

“Revanşist qüvvələr buna maneə olmağa çalışır"

Nə qədər qəribə səslənir: YAS YERİNDƏ YEMƏK...

3 saylı internat məktəbinin direktorundan ŞİKAYƏT VAR

Xalq arasında “duzların yığılması” dediyimiz OSTEOXONDROZ

"İki dövlət bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir"

“Qarabağın Rəngləri” layihəsinin QALA GECƏSİ

Azərbaycana maraq getdikcə daha da artır

Əfv Komissiyasının iclasları başa çatdı

Paşinyan kilsəyə qarşı

Aİ İrana qarşı sanksiyalar siyahısını GENİŞLƏNDİRƏCƏK

"Bu cür elanlar mütləq şəkildə araşdırılmalıdır"

"Sanksiyalar da Rusiyanın dizini yerə gətirmədi"

Milli Məclisdən Klod Vislerə CAVAB