randan Rusiya sülhməramlılarının Qarabağdan çıxmasına REAKSİYA

15:45 22-04-2024 | icon 285 | Dünya
randan Rusiya sülhməramlılarının Qarabağdan çıxmasına REAKSİYA

Cənubi Qafqazda təhlükəsizlik məsələsi İranın Xarici İşlər Nazirliyi və digər müvafiq qurumlarının mühüm prioritetlərindən biridir.

 

Versus.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani Rusiya sülhməramlılarının Azərbaycandan çıxmasına münasibət bildirərkən deyib.

“İran həmişə vurğulayıb ki, xarici qoşunların Cənubi Qafqaza yeridilməsi təhlükəsizlik və sabitliyin bərqərar olmasına, region xalqlarının maraqlarının qorunmasına kömək etmir”, - Kənanai bildirib.
 

Onun sözlərinə görə, Cənubi Qafqazın təhlükəsizliyi İranın ən mühüm prioritetlərindən biridir. O əlavə edib ki, Cənubi Qafqazın təhlükəsizliyi bütün regionun təhlükəsizliyinə təsir edir.

 

Kənani bəyan edib ki, İranın strategiyası fikir ayrılıqlarının həlli və Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin bərqərar olması üçün mövcud mexanizmlərdən istifadə etməklə danışıqlar və çoxtərəfli dialoq aparmaqdır.



“Cənubi Qafqazda militarizmi gücləndirməyə yönəlmiş istənilən yanaşma regionda təhlükəsizlik vəziyyətini çətinləşdirəcək və sülh prosesinə zərər verəcək. İran bunu qəbul etməyəcək. Region ölkələri bölgədə vəziyyətin mürəkkəbləşməsinə səbəb olan mexanizmlər formalaşdırmaq istəmir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI