Məcburi köçkünlərin geri qayıdışına 1,23 milyon manat ayrılacaq

17:01 22-04-2024 | icon 290 | İqtisadiyyat
Məcburi köçkünlərin geri qayıdışına 1,23 milyon manat ayrılacaq

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) məcburi köçkünlərin geri qayıdışla bağlı məlumatlandırılmasına 1,23 milyon manat vəsait ayıracaq.

 

Versus.az xəbər verir ki, Fond Məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması adı ilə tender keçirib.

 

“ADMEDİA.AZ" MMC tenderin qalibi seçilib. Bir illik müqavilənin dəyəri 1 milyon 229.943 min manat təşkil edib.

 

Qeyd edək ki, MKSİF 1999-cu ildə yaradılıb. Fondun əsas məqsədi məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, onlar üçün iş yerlərinin açılmasını təmin edən tədbirlərin həyata keçirilməsi, əsasən sosial infrastrukturun bərpasına yönəldilmiş mikrolayihələrin yerinə yetirilməsi üçün vəsait ayırmaq və bu vəsaitlərdən səmərəli və məqsədyönlü istifadəsini təmin etməkdən ibarətdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI