Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

18:38 23-04-2024 | icon 373 | Siyasət
Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

Könül İsmayılova: “Əlaqələrimiz qarşılıqlı maraqlar çərçivəsində yüksələn xətlə inkişaf edir”

 

“İki ildən çoxdur ki, 2022-ci ilin fevralında Kremldə imzalanmış əsas siyasi sənəd olan, gələcəkdə Rusiya-Azərbaycan münasibətlərinin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyir. Cənab İlham Əliyevin də dediyi kimi, gündəlik kifayət qədər genişdir”.

 

Versus.Az xəbər verir ki, bunu Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova Prezident İlham Əliyevin Moskvada Prezident Vladimir Putin ilə təkbətək, həmçinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşdəki çıxışını şərh edərkən bildirib.

 

 

Könül İsmayılova qeyd edib ki, sözügedən gündəlikdə nəqliyyat komponenti də var:

 

“Ölkələrimizi və tərəfdaşlarımızı birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi yük daşımalarının təhlükəsizliyi baxımından və bir çox ölkələr arasında ticari münasibətləri stimullaşdırmaq üçün qlobal əhəmiyyətə malikdir, eyni zamanda regional təhlükəsizlik məsələləri həmişə aktualdır. Ümimiyyətlə, Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir. Rusiya ilə Azərbaycan arasındakı əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. Ölkələrimiz qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına çalış”

 

Könül xanım bildirdi ki, Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, keçmiş Sovetlər birliyi dövründən mövcud olan çoxşaxəli əlaqələri hazırkı geosiyasi gerçəkliklərə uyğun inkişaf etdirmək rəsmi Bakının xarici siyasətində mühüm yer tutur. Onun sözlərinə görə, bu əlaqələr bütün sahələrdə bərabərhüquqlu tərəfdaşlıq prinsipi əsasında qurulub və qarşılıqlı maraqlar çərçivəsində yüksələn xətlə inkişaf edir.

 

Ulu Öndər Heydər Əliyev amilinin dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynadığına diqqət çəkən K.İsmayılova qeyd edib ki, 2000-ci illərin əvvəllərində ölkələrimiz arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Putin və Heydər Əliyev qoyub:

 

“Ötən il Azərbaycanda və Rusiyada Heydər Əliyevin 100 illik yubileyi xüsusi ehtiramla qeyd edildi. Xalqımız bunu çox yüksək qiymətləndirir. Təsadüfi deyil ki, Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Və artıq uzun illərdir ki, Azərbaycan-Rusiya münasibətləri dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq sürətlə inkişaf etdirilir”.

 

 

SEVDA
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI