Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

18:34 24-04-2024 | icon 407 | Sağlamlıq
Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Nərminə Abbasova: “Qığırdaq aşındıqca oynaq yükdaşıma, hərəkət kimi funksiyalarını itirir”

 

El arasında kirəcləşmə, duzlaşma kimi tanınan osteoartrit degenerativ artirit və ya degenerativ oynaq xəstəliyi olaraq da adlandırılır.

 

Mövzu ilə bağlı Versus.Az-ın oxucularını məlumatlandıran MayoMed Klinikasının rəhbəri Nərminə Abbasova bildirdi ki, bu artirit zamanı oynaq qığırdağında aşınma yaranır.

 

Nərminə xanım qeyd etdi ki, qığırdaq aşındıqca oynaq yükdaşıma, hərəkət kimi funksiyalarını da itirir:

 

“Oynağı əmələ gətirən sümüklərin ucları itiləşir və sümük sümüyə sürtünməyə başlayır. Hərəkət ağrılı hal alır və məhdudlaşır. Bütün bu proseslər illərlə olan bir dəyişimdir. Qığırdağın aşınma səbəbi çox zaman tapılmır. Bu zaman buna birincili, primer osteoartrit deyilir. Bəzən isə osteosrtiritin yaranmasına hər hansı bir xəstəlik səbəb olur, buna ikincili və ya sekonder osteoartirit deyilir.

Birincili osteoartritin səbəblərini tam olaraq bilməsək də, amma ikincili osteoartiritin bir səbəbi vardır. Bu səbəb çox vaxt oynaq qığırdağının zədələnməsi və ya həddindən artıq yüklənməsi ilə əlaqəlidir”.

 

N.Abbasova qeyd etdi ki, xəstəliyin ən çox rast gəlinən səbəbləri oynaq zədələnməsi, təkrarlanan yüklənmələr, sümük kənarlarında zədələnmələr, sümük xəstəlikləri, oynaqlarda inkişaf pozğunluğudur:

 

 

“İdman, iş, ev və ya avtoqəza nəticəsində oynaq zədələnməsi və osteoartrit yaranması riski artır. Eyni zamanda eyni hərəkətlərin davamlı olaraq təkrar edilməsi oynaq qığırdağında aşınmaya gətirib çıxarda bilir. Balerinalarda ayaq biləyi, futbolçularda diz oynağında bu tipli osteoartrit əmələ gələ bilir.

Sümük kənarlarında zədələnmələrə gəlincə, oynağı əmələ gətirən sümük kənarlarında sınığa və ya təzyiqə bağlı zədələnmələr ola bilər. Bu halda sümük kənarları normal anotomik quruluşunu itirir, nəticədə osteoartrit yaranır”.

 

Sümük xəstəliklərindən bəhs edən həkim deyir ki, peget kimi xəstəliklər sümüyün sərtliyini azaldır, onlar asanlıqla sına bilir. Onun sözlərinə görə, sümük kənarlarındakı qırıqlar deformasiyaya səbəb olurlar:

 

“Bədən nə qədər ağırdırsa diz, bud-çanaq, topuğa düşən yük bir o qədər də artır. Xüsüsilə diz osteoartritində həddindən artıq çəki önəmli bir faktordur. Həddindən artıq yüklənmə zamanla qığırdağın aşınmasına səbəb olur. Oynaqlarda inkişaf pozğunluğuna gəlincə, xüsusilə bud-çanaq oynağında anadangəlmə inkişaf anomaliyaları və çıxıqları da osteoartritə səbəb olur”.

 

 

Osteoartritin əlamətlərinə diqqət çəkən Nərminə xanım oxucularımızın “Oynaqlarımızda ağrı və digər şikayətlərimiz yaranarsa bunun osteoartrit olduğunu necə bilərik” sualına aydınlıq gətirən Nərminə xanım bildirdi ki, bu xəstəlikdə oynaq ağrısı, gərginlik və hərəkətlərdə məhdudluq, oynaqda həssaslıq, istlilik və şişkinlik, dizdə xışıltılar, sürtünmə səsləri, barmaqlarda sümük böyüməsi kimi əlamətlərdən ən azı birinin olması lazımdır:

 

“Gərginlik və hərəkətlərdə məhdudluq osteoartritin gec əlamətlərindəndir. Nəticədə oynaq donub hərəkətsiz qala bilir. Oynaqda həssaslıq, istlilik və şişkinlik ən çox diz və əl barmaqlarında görülür. Dizdə xışıltılar, sürtünmə səsləri, barmaqlarda sümük böyüməsi, əl barmaqları oynaqlarının kənarlarında əmələ gələn çıxıntılar sümük böyüməsidir. Bu, osteoatiritin əlaməti olub və irsi xarakter daşıyır. Osteoartritin risk faktorlarına gəlincə, osteoartrit çox geniş yayılmış bir xəstəlikdir, lakin hər kəsdə rast gəlinmir. Bəzi insanlar risk daşıyır bəziləri isə yox. Osteoartritin riskləri bunlardır: 45 yaşdan yuxarı insanlar, oynaq travması keçirənlər, oynaqda davamlı olaraq təkrarlanan yükləmələr, qadınlara kişiərə nisbətən 3 dəfə çox rast gəlinir, valideynlərində osteoartrit olanlar və piylənmə”.

 

 

QEYD:


Ailə həkimi Nərminə Abbasova
osteoartrit xəstəliklərdən şikayəti olan hər kəsi MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaq.
Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96
ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 



PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq