Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

13:01 25-04-2024 | icon 267 | Siyasət
Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

"Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna hörmət etməyə çağırırıq"

 

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb.

 

Versus.Az xəbər verir ki, bəyanatda deyilir:

 

“Əvvəla, qeyd edək ki, ABŞ konqresinin tapşırığı ilə hazırlanan illik hesabatlar insan hüquqlarının təşviq olunması ilə heç bir əlaqəsi olmayan siyasi təzyiq vasitəsidir. Dünyada baş vermiş insan hüquqları pozuntularına görə böyük məsuliyyət daşıyan və öz daxilində insan haqları sahəsində vəziyyəti heç də ürəkaçan olmayan ABŞ-nin bu hesabatı hansı mənəvi əsasla hazırlaması sual doğurur.

 

ABŞ bu il də həmin hesabatlar vasitəsilə Azərbaycana təzyiq etməyə çalışıb, qərəz və ayrı-seçkiliyə yol verib. Azərbaycana aid hesabatda digər əsassız iddialar ilə yanaşı, ölkəmizdə ermənilərin hüquqlarının guya pozulması kimi böhtanlara gen-bol yer verilib. Lakin Ermənistana aid hesabatda oradan azərbaycanlıların qovulması, onların mədəni irsinin dağıdılması və qayıdışına imkan verilməməsi kimi kütləvi insan haqları pozuntuları faktlarına toxunulmur.

 

Qərbi Azərbaycan İcması ABŞ-nin Dövlət Departamentinin insan hüquqları kimi ali dəyərdən öz siyasi məqsədləri üçün sui-istifadə etməsini və Azərbaycana və azərbaycanlılara qarşı yol verdiyi ayrı-seçkiliyi və qərəzi qınayır. İcma ABŞ-ni bir daha Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna hörmət etməyə çağırır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“ABŞ-ın Azərbaycana qarşı yumşalmalarının arxasında bəd niyyət varsa…”

Azərbaycan-İran birgə layihələrindən GÖZLƏNTİLƏRİMİZ

“Revanşist qüvvələr buna maneə olmağa çalışır"

Nə qədər qəribə səslənir: YAS YERİNDƏ YEMƏK...

3 saylı internat məktəbinin direktorundan ŞİKAYƏT VAR

Xalq arasında “duzların yığılması” dediyimiz OSTEOXONDROZ

"İki dövlət bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir"

“Qarabağın Rəngləri” layihəsinin QALA GECƏSİ

Azərbaycana maraq getdikcə daha da artır

Əfv Komissiyasının iclasları başa çatdı

Paşinyan kilsəyə qarşı

Aİ İrana qarşı sanksiyalar siyahısını GENİŞLƏNDİRƏCƏK

"Bu cür elanlar mütləq şəkildə araşdırılmalıdır"

"Sanksiyalar da Rusiyanın dizini yerə gətirmədi"

Milli Məclisdən Klod Vislerə CAVAB