Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

09:35 26-04-2024 | icon 364 | Qarabağ
Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq və abadlıq işləri zamanı Xocalı rayonunun Malıbəyli kəndi ərazisində (1988-ci ildə yeni salınmış “Məhəllə” adlanan ərazi) torpaq səthi üzərində insan qalıqları aşkar olunub.

 

Keçirilən baxış istintaq hərəkəti zamanı qazıntı işləri aparılarkən ən azı 6 nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri tapılıb.

 

Qeyd edək ki, Xocalı şəhərinin separatçılardan təmizlənməsindən sonra ərazidə bir neçə dəfə kütləvi məzarlıq aşkarlanıb. Məzarlıqlarda Xocalı qırğınları zamanı qətlə yetirilən soydaşlarımıza məxsus fraqmentlər tapılıb.

 

Xocalıdan olan Milli Qəhrəman Tofiq Hüseynovun oğlu Murad Hüseynov Modern.az-a bildirib ki, ekspertizadan sonra insan qalıqlarının kimə aid olduğu müəyyən ediləcək.

 

"Tapılan insan qalıqlarınınn kimə aid olduğunu demək çətindir. İnsan qalıqlarının kimə məxsus olduğu ekspertiza aparıldıqdan sonra dəqiq bilinər. Bu kütləvi məzarlıq erməni vəhşiliyinin növbəti izidir. Ermənilərin vəhşiliyi, onsuz da, göz önündədir. Malıbəylidə də, Xocalıda da vəhşiliklər törədiblər. Bunların vəhşilikləri yalnız bu ərazilərlə məhdudlaşmır".

 

Qeyd edək ki, Malıbəyli kəndi 1992-ci il 11 fevral tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub. 19–20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal anti-terror əməliyyatları zamanı kənd Azərbaycanın nəzarətinə keçib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Şuşa rayonunun Malıbəyli kəndində olub. 

 

5 dekabr 2023-cü ildə kənd Xocalı rayonunun tərkibinə daxil edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI