Sağlamlıq haqqında arayış elektron şəkildə VERİLƏCƏK

12:24 26-04-2024 | icon 430 | Sağlamlıq
Sağlamlıq haqqında arayış elektron şəkildə VERİLƏCƏK

Mayın 1-dən etibarən sağlamlıq haqqında arayışları elektron şəkildə əldə etmək mümkün olacaq.



Versus.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov bildirib.

O deyib ki, arayışlar hazırda vətəndaşlara ödənişli əsaslarla təqdim edilir:



“Mayın 1-dən etibarən arayışları elektron şəkildə əldə etmək mümkün olacaq. 18 yaşınadək uşaqların, hərbi xidmətə çağırışla bağlı olan arayışlar vətəndaşlara pulsuz təqdim edilir”.

 

O qeyd edib ki, arayışlar sığorta çərçivəsində qarşılanmır.

 


“Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki poliklinikalarda, Bakı şəhərindəki 14 tibb müəssisəsində və 56 rayon mərkəzi xəstəxanasında elektron arayışları almaq üçün zəruri infrastruktur yaradılıb, resurslar formalaşdırılıb, aidiyyəti üzrə personal təlimlərə cəlb olunub, prosesə adaptasiya mərhələsi uğurla başa çatdırılıb və vətəndaşların xidmətinə təqdim olunub”.



Xatırladaq ki, sağlamlıq haqqında arayışlar vətəndaşlara 40 manat ödəniş əsasında verilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Tütək səsi” filminin Tapdıqla Cümrüsü 50 il sonra...

Sumru Yavrucukun “Shirley Valentine”sı Bakıda...

COP29 dialoqlarına həsr olunmuş FİLM

Millimizin heyətində daha bir dəyişiklik baş verib

Onlara Nobel mükafatı verildi

Bakıda qazanxanada PARTLAYIŞ

Parlamentlərarası işçi qruplarına rəhbərlər SEÇİLƏCƏK

Buruntaqsız it gəzdirənləri gözləyən CƏZALAR

Külək güclənəcək - XƏBƏRDARLIQ

Beş min illik sirli qəbir...

Sərnişindaşıma şirkətinə avtobuslarla bağlı GÖSTƏRİŞ

Ölkəmizdə dayə xidməti necədir?

"Aygün fərqli planetdir"

Bağırsaq düyünlənməsi, müayinə və müalicəsi - MÜSAHİBƏ

Keçmiş döyüşçüdən Ali Baş Komandana MÜRACİƏT