Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

15:00 26-04-2024 | icon 363 | Mədəniyyət
Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

 

Milli Azərbaycan Tarixi Muzeyində tanınmış bəstəkar, Azərbaycan Respublikasının xalq artisti, Əməkdar incəsənət xadimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, “Şöhrət” və “Şərəf” ordenli, Azərbaycan Respublikasının Prezidentinin “Fəxri diplomu” mükafatçısı, professor, bəstəkar Tofiq Bakıxanova həsr olunmuş kataloqun təqdimat mərasimi keçirilib.

 

Versus.Az xəbər verir ki, tədbiri giriş sözü ilə açan muzeyin direktoru, akademik Nailə Vəlixanlı, qonaqları salamlayıb və tədbirin əhəmiyyətini qeyd edib. O, bəstəkar Tofiq Bakıxanovun əvəzolunmaz yaradıcılıq fəaliyyəti barədə məlumat verib.

 

Akademik Nailə Vəlixanlı bildirib ki, -  “Tofiq Bakıxanova həsr olunmuş kataloq onun Milli Azərbaycan Tarixi Muzeyində toplanan materialları əsasında tərtib olunub. Kataloqa professorun fotoşəkilləri, sənədləri, şəxsi əşyaları və s. daxil edilib”.


Sonra bəstəkar Tofiq Bakıxanov çıxışında muzey rəhbərliyinə və əməkdaşlara tədbirin təşkil olunması, həmçinin kataloqun ərsəyə gəlməsinə görə təşəkkürünü bildirib.


Muzeyin Sənədli Mənbələrin elmi fond şöbəsinin müdiri, sözügedən kataloqun həmmüəllifi Esmira Rəhimova çıxış edərək, bəstəkar Tofiq Bakıxanovun həyat və fəaliyyəti haqqında geniş məlumat verib.
Daha sonra T.Bakıxanovun yaradıcılıq fəaliyyətinə həsr olunmuş videoçarx izlənilib.


Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Filarmoniyasının Dövlət kapellasının solisti Leyla Dadaşova, Firuzə Qədimalıyeva (fortepiano), Respublika və Beynəlxalq müsabiqələr laureatları Kəmalə Mirbabayeva (fortepiano) və Hüseynağa Səmədovun (tar) ifasında musiqi nömrələri səsləndirilib.


Sonda qonaqlar T.Bakıxanovun muzeydə qorunan şəxsi əşyalarından ibarət kiçik sərgi ilə əyani şəkildə tanış olublar.


Qeyd edək ki, tanınmış bəstəkar Tofiq Bakıxanova məxsus şəxsi əşyaların bir qismi muzeyin yeni açılmış ekspozisiyasında nümayiş olunur.

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI