TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

11:32 27-04-2024 | icon 355 | Siyasət
TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Kamilə Əliyeva: "Əldə olunan razılıqlar iqtisadi, ticari əlaqələrin genişləndirilməsinə zəmin yaradacaq"

 

"Prezident cənab İlham Əliyev Mərkəzi Asiya dövlətləri, o cümlədən, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə ikitərəfli və təşkilat çərçivəsində çoxtərəfli iqtisadi və siyasi əlaqələrin qurulmasına böyük önəm verir. Ölkə başçımız Türkdilli Dövlətlərin birləşməsində misilsiz xidmətlər göstərir və Türk Dövlətləri təşkilatının yaradılması ideyasının müəllifidir".

 


Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı, professor Kamilə Əliyeva bildirib.

 

K.Əliyeva qeyd edib ki, ortaq dinə, mədəniyyətə, eyni tarixi köklərə mənsub Türkdilli Dövlətləri özündə birləşdirən Türk Dövlətləri Təşkilatı yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək:

 

"Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan dövlətlərində böyük sevinclə qarşılandı. Qazaxıstan və Özbəkistandan sonra Qırğızıstan da işğaldan azad edilmiş Ağdam şəhərində məktəb tikdirib Azərbaycana hədiyyə etməsi dostluğumuzun və qardaşlığımızın nümunəsidir. Cari ilin 24 aprel tarixində Qazaxıstan Respublikasının Prezidenti Sadır Japarov Azərbaycana səfər etdi və iki dövlət arasında iqtisadi, sosial və humanitar sahələri əhatə edən bir çox sənədlər imzalandı. Prezident cənab İlham Əliyev Qırğızıstan Respublikası Prezidentinin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanatla çıxış etdi".

 


Deputatın fikrincə, Azərbaycan və Qırğızıstan Respublikaları arasında yaradılmış Dövlətlərarası Şuranın ikinci iclasında qarşıya qoyulan məsələlərin həll edilməsi və görüləcək işlərin müzakirəsi zamanı əldə olunan razılıqlar iki ölkə arasında iqtisadi, ticari əlaqələrin genişləndirilməsinə zəmin yaradacaq:

 

"Azərbaycan və Qırğızıstan arasında qarşılıqlı investisiya qoyuluşu məsələləri də yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycan Qırğızıstanın İssık-Kul gölünün sahilində 5 ulduzlu otelin tikintisinə başlayıb, eləcə də Qırğızıstanda bərpa olunan enerji üzrə layihələrdə də iştirak edəcək. Hər iki dövlət irimiqyaslı nəqliyyat və dəmir yolu infrastruktur layihələri reallaşdırıb ki, bu da Şərq-Qərb nəqliyyat dəhlizinə böyük töhfələr verəcək".

 

K.Əliyeva qeyd edib ki, humanitar və mədəniyyət sahələrində də iki qardaş dövlət arasında əlaqələr möhkəmləndirilir. Deputat vurğulayıb ki, Azərbaycanda Qazaxıstan Mədəniyyət Günləri keçiriləcək:

 

"Qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun abidəsinin Bakıda açılış mərasimi baş tutdu və hər iki ölkənin Prezidentləri açılış mərasimində iştirak etdilər. Azərbaycan və Qırğızıstanın dostluq və qardaşlıq münasibətləri Türk dünyası birliyinin nümunəsidir".

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI