Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

09:59 30-04-2024 | icon 426 | Siyasət
Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Vüqar Dadaşov: "Deputat sanki gələcəkdə “mübadilə” olacaqmış kimi bir təəssürat yaradıb"

 

Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması ilə başlanan delimitasiya prosesi birmənalı olmayan məqamları ilə diqqət çəkir. Bu dəfə mövzu Başkənddir. Belə ki, "Başkəndin strateji əhəmiyyəti yoxdur" deyən, Başkəndin Ermənistana verilməsi təklifini edən Rasim Musabəyovun fikirləri ictimaiyyət arasında ciddi etirazla qarşılanıb.


Versus.Az xəbər verir ki, bu istiqamətdə açıqlama verən siyasi şərhçi Vüqar Dadaşov Rasim Musabəyovun belə bir açıqlama ilə çıxış etməsini düzgün hesab etməyib və Azərbayacan reallığı ilə uzlaşmadığını deyib:

 

“10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat, 22.04.2023-cü il tarixdə Laçın yolunda postun qurulması, 20 sentyabr 2023 tarixdə qondarma reyimin ləğvi, Rusiya sülhməralılarının Azərbaycandan çıxarılması, Ağdamda Türkiyə - Rusiya birgə monitorinq mərkəzinin fəaliyyətinin dayandırılması belə Musabəyovun "kiçik qardaş” təfəkkürünü dəyişməyibsə buna yalnız təəssüf etmək olar. Musabəyovun müasir davamçıları Rusiyanın sonuncu ümidi kimi regionda qalması üçün "anklav" bəhanəsinin əldən çıxması əlbəttə ki, Başkəndi ortaya atmaqla həmin bahənənin yaranmasına ümid edirlər. Bunlar nəhayət anlamalıdır ki, Azərbaycan artıq elə bir gücdə və nüfuzdadır ki, Azərbaycan regionun mənzərəsini müəyyən edir, dünya siyasi axarına təsir göstərir”.

 

V.Dadaşov qeyd edib ki, deputat Rasim Musabəyov Başkəndin heç bir “strateji əhəmiyyəti” olmadığını bildirməklə sanki gələcəkdə “mübadilə” olacaqmış kimi bir təəssürat yaradıb:

 

“Hazırda regionda həssas geosiyasi vəziyyət hakimdir. Azərbaycan 30 il sonra regionda reallıqları dəyişib. Qazaxın 4 qeyri-anklav kəndi bir güllə belə atılmadan Azərbaycana qaytarılıb. Delimitasiya prosesi uğurla davam edir və ən əsası prosesin davamı üçün sərhəd komissiyalarının görüşləri keçirilir”.

 

Politoloq Turan Rzayev hafta.az-a açıqlamasında bildirib ki, “Başkənd” kimi həssas bir məsələyə toxunmaq və yanlış fikir səsləndirmək ciddi səhvdir:


“Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı qeyd etdi ki, “Biz məsələnin həllinə heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik. Belə bir vəziyyətdə Başkəndlə bağlı bu cür danışmaq yanlışdır”

 

Politoloq hesab edir ki, məsələ təkcə “Başkənd” deyil. Prosesin bundan sonra necə olacağına dair konkret nəsə demək hələlik mümkün deyil:

 

“Bəli, sülh müqaviləsinə çox yaxınıq, amma ölkə başçısının da dediyi kimi, delimitasiya prosesi uzun bir məsələdir və sülh müqaviləsindən sonra da davam edə bilər. Bundan başqa regiondakı həssas siyasi və geosiyasi vəziyyəti də unutmaq olmaz. Başkənd və digər mübahisəli məsələrə dair hələlik konkret yanaşma yoxdur. Azərbaycan rəsmi səviyyədə məsələ ilə bağlı açıqlama verməyib. Mübahisəli məsələlərin həlli danışıqlardan, təmaslardan asılıdır. Bakının necə bir yanaşma sərgiləyəcəyini zaman və təbii ki, danışıqların nəticəsi göstərəcək. Rasim Musabəyov millət vəkili olaraq bu məsələlərə diqqət etməli, fikirlərini daşıdığı statusu nəzər alaraq səsləndirməli idi. Bu ictimai rəydə və qarşı tərəfdə yanlış təəssürat yarada bilər”.

 


Politoloq hesab edir ki, deputatın bu yanaşması milli maraqlarımızın tam əksinədir:


“Rasim Musabəyovun birdən birə "Başkəndin heç bir srateji əhəmiyyəti olmadığını" deyərək kəndin "mübadilə obyekti" olması haqda təsəvvür yaratması da xüsusi ilə diqqət çəkir. Buradan iki mümkün nəticə çıxır: Ya R.Musabəyovun milli təəssübkeşliyi yoxdur, ya da o geosiyasi vəziyyəti düzgün analiz edə bilməyib”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI