Hacıqabulda ağır qəza

14:15 30-04-2024 | icon 243 | Hadisə
Hacıqabulda ağır qəza

“Ford” “KamAZ”a çırpıldı: Xəsarət alan var

 

Hacıqabul rayonunun Atbulaq kəndindən keçən ərazidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Versus.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə videogörüntü yayımlanıb.

 

Məlumatda bildirilir ki, qəza “Ford Transit” markalı nəqliyyat vasitəsinin “KamAZ” markalı nəqliyyat vasitəsinə çırpılması nəticəsində baş verib.

 

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi Rövşən Tağıyev bildirib ki, sözügedən hadisə sürücünün idarəetməni itirməsi səbəbindən baş verib:

 

“30 aprel tarixində səhər saat 04:00 radələrində Bakı-Qazax-Gürcüstan dövlət sərhəddi yolunun 75-ci km-də Mehman Məmmədhüseynzadənin idarə etdiyi “Ford Transit” markalı 77-KB-973 nömrə nişanlı nəqliyyat vasitəsinin öndə hərəkət edən Nəbi Alşanovun idarə etdiyi “KamAZ” markalı 36-BB-908 nömrə nişanlı yük avtomobilinə çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. “Hadisə “Ford Transit” markalı nəqliyyat vasitəsinin sürücüsünün idarəetməni itirməsi səbəbindən baş verib. Nəticədə “Ford Transit” markalı avtomobilin sərnişini 2005-ci il təvəllüdlü Əmrah Vəliyev xəsarət alıb. Hazırda faktla bağlı araşdırma aparılır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI