COVID-19-a yoluxma ilə bağlı RƏSMİ

15:54 30-04-2024 | icon 333 | Sağlamlıq
COVID-19-a yoluxma ilə bağlı RƏSMİ

“Hazırda Azərbaycanda koronavirus infeksiyasına yoluxma, demək olar ki, yox səviyyəsindədir”.

 

Versus.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) direktor müavini Afaq Əliyeva deyib.

 

Onun sözlərinə görə, gün ərzində maksimum 10-15 yoluxma hadisəsi qeydə alınır.

 

GEM rəsmisi digər xüsusi təhlükəli yoluxucu xəstəliklərdən danışarkən bildirib ki, bu günə qədər peyvənd olunan körpələr arasında hepatit B virusuna rast gəlinməyib:

 

“Tək-tək hallarda isə vərəm qeydə alınır. Bu da sosial xəstəlik olduğundan tam nəzarət altında saxlamaq mümkün deyil. Göy öskürəklə əlaqəli keçən il ölkədə tək-tük hallarda xəstəxanalar təsdiqlənməmiş diaqnoz qoyublar. Çünki göy öskürəyin təsdiqi üçün mütləq laboratoriya müayinəsi olmalıdır. Ötən il 36 xəstədən yalnız üçündə göy öskürək faktı öz təsdiqini tapıb. Ümumilikdə hər hansı hadisə tələblərə uyğun təsdiq olunursa, hesabata daxil edilir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI