Manyak ƏLƏ KEÇDİ

20:03 30-04-2024 | icon 364 | Hadisə
Manyak ƏLƏ KEÇDİ

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda azyaşlıya qarşı bir neçə dəfə seksual xarakterli zorakılıq hərəkətləri etmiş şəxs tutulub.

 

Publika.az-ın məlumatına görə, rayonun Xələc kənd sakini olan 1993-cü il təvəllüdlü Turan Yusifovun (şərti soyadlı) həmkəndlisinin oğluna qarşı seksual xarakterli hərəkətlər etməsi barədə hüquq-mühafizə orqanlarına müraciət daxil olub.

 

Bundan sonra onun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri-yetkinlik yaşına çatmayan şəxsə qarşı) maddəsi ilə cinayət işi açılıb.

 

 

Məlum olub ki, barəsində cinayət işi açılmış şəxs məsuliyyətdən yayınmaq üçün Türkiyəyə gedib. Ötən il isə Turanın Türkiyədən qayıtması və ailəsinin yaşadığı kənddə deyil, Babək rayonun Nehrəm kəndində tanışının fermasında fəhlə işlədiyi məlum olub. Hüquq-mühafizə orqanları tərəfindən dərhal əməliyyat həyata keçirilib və o, həbs edilib.

 

Barəsindəki cinayət işi Naxçıvan Ağır Cinayətlər Məhkəməsinə göndərilən Turan Yusifov məhkəmənin ötən həftə çıxardığı hökmlə 12 il müddətinə həbs cəzasına məhkum edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI