"Almaniyaya səfər məhsuldar keçdi"

09:05 01-05-2024 | icon 348 | Siyasət
"Almaniyaya səfər məhsuldar keçdi"

Kamilə Əliyeva: "Qərb bir daha anladı ki, Azərbaycan dünya üçün də əhəmiyyətli, güclü və etibarlı dövlətdir"

 

"Prezident cənab İlham Əliyevin Almaniya Kansleri Olaf Şoldsun dəvətilə "15-ci Petersberg İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün Almaniyaya səfəri olduqca məhsuldar keçdi. Ölkə başçımız tədbirdəki çıxışı ilə Qərb siyasətçilərinə, xüsusən Avropadakı Azərbaycana qarşı qərəzli, düşmən mövqeyi ilə seçilən "siyasətçilərə" əsl siyasət dərsi keçdi. Prezidentimiz böyük siyasətçi və dövlət başçısının liderlik xüsusiyyətlərini Avropa diplomatlarına sübut etdi".

 


Bunu Versus.Az-a ölkə başçısının Almaniya səfəri ilə bağlı açıqlamasında Milli Mıclisin deputatı, professor Kamilə Əliyeva bildirib.

 

 

K.Əliyeva qeyd edib ki, dünyanın BMT-dən sonra ikinci ən böyük siyasi təşkilatı olan Qoşulmama Hərəkatına üzv dövlətləri 28 il əvvəl müstəqillik əldə etmiş gənc bir dövlət olan Azərbaycanın bu quruma sədrlik etməsinə yekdilliklə səs verdilər:

 

"Bu, Prezident cənab İlham Əliyevə olan yüksək inam və onun siyasi bacarığına verilən yüksək qiymət idi. Məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı beynəlxalq arenada nüfuzunu artırdı. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dünyada koronavirusun tüğyan etdiyi dövrə təsadüf etdi. Bu dövrdə dünyanın bir çox böyük dövlətləri zəif və yoxsul ölkələrə nəinki kömək etmədi, hətta vaksin millətçiliyi ilə məşğul oldular. Azərbaycan isə 80-dən çox dövlətə humanitar, maddi və texniki yardımlar etdi. Bu, Prezident cənab İlham Əliyevin öz ölkəsinin vətəndaşları ilə yanaşı, digər dövlətlərin vətəndaşlarının sağlamlıqlarına biganə qalmamasının və insanpərvərliyinin ən bariz nümunəsidir".

 


Deputat ölkə başçısının Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol barədə fikirlərinə də diqqət çəkdi:

 

"Ölkəmiz Avropa İttifaqına üzv 9 dövlətlə strateji tərəfdaşlıq haqqında saziş və Bəyannamə imzalamışdır. Avropanın bir çox dövlətləri Azərbaycanı etibarlı tərəfdaş ölkə hesab edirlər. Son illər Avropada yaranmış gərgin geosiyasi vəziyyətlə əlaqədar ölkələrin enerji təhlükəsizliyinə böyük problemlər yaranmışdır. Müasir dövrdə enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabər tutulur. Bu səbəblərdən Avropa İttifaqının rəhbərliyinin Avropa dövlətlərinin enerjiyə olan ehtiyaclarını ödəmək üçün Azərbaycana etdiyi müraciət Prezident cənab İlham Əliyev tərəfindən müsbət qarşılandı. 2022-ci ilin iyulunda Avropa İttifaqı Komissarlığı ilə Azərbaycan dövləti arasında Avropaya təbii qazın nəql edilməsi üzrə Anlaşma Memorandumu imzalandı. Artıq hər il Azərbaycandan Cənub Qaz Dəhlizi vasitəsilə Avropa dövlətlərinə 12 milyard kub metr təbii qaz ixrac edilir. İmzalanmış Memoranduma əsasən 2027-ci ilə qədər qaz ixracının 20 milyard kub metrə çatdırılması nəzərdə tutulub. Hər il Azərbaycandan qaz almaq istəyən Avropa dövlətlərinin sayı artmaqdadır. Bununla da Azərbaycan hər zaman dostluğa, qarşılıqlı hörmətə və etimada sadiq bir dövlət olduğunu nümayiş etdirir.
Prezident cənab İlham Əliyev çıxışında Azərbaycanın yaşıl enerji istehsalı sahəsində də öncül dövlətlərdən olduğunu və bu sahədə böyük layihələrə imza atdığını vurğuladı. Azərbaycan neft və qazla zəngin təbii ehtiyatlara malik bir dövlət olmasına baxmayaraq Yer kürəsində iqlim dəyişikliyinə qarşı, dünyada yaşıl enerjiyə keçidlə bağlı bir sıra böyük layihələr icra edib və bu işlər ardıcıl davam etdirilir. Ölkə başçımız tərəfindən Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib. Bakı və ətraf ərazilərdə günəş və küləklə işləyən elektrik stansiyaları inşa edilib və bu işlər regionlarımızı da əhatə edəcək. 2030-cu ilə qədər Azərbaycan elektrik enerjisinə olan tələbatının 30%-ni bərpa olunan enerji ilə təmin etməyi planlaşdırır. Bununla yanaşı yaxın illərdə ölkəmizdə istehsal olunacaq yaşıl enerji də Avropa dövlətlərinə ixrac ediləcək. Yaşıl enerji istehsalı təbii qaza qənaət edilmiş olacaq ki, bu da 5 milyard kub metrə bərabər olacaq. Yaşıl enerjinin artırılması ümdə məsələ olmasına baxmayaraq dünyada təbii qaza tələbat uzun illər mövcud olacaq. Azərbaycanda təbii qaz yataqlarında kifayət qədər qaz resursları mövcuddur və qaz hasilatını artırmaq imkanlarımız çox böyükdür.
Prezident cənab İlham Əliyevin çıxışından sonra Qərb bir daha anladı ki, Azərbaycan tək region üçün deyil, dünya üçün çox əhəmiyyətli, güclü, qüdrətli və etibarlı bir dövlətdir".

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qurban ətini neçə müddət saxlamaq olar?

Vlada Axundovadan YENİ KLİP

Müəmmalı səfərlər, hərbi sazişlər, gizli toplantılar...

İsrail bəyan etdi...

Türkiyədə meşə yanğınları başlayıb

Ronaldu altıncı AÇ-yə qatıldı

DTX-nin ƏMƏLİYYATI

Qəbul imtahanına qeydiyyat başa ÇATDI

Onkoloji xəstələrin tibbi sığorta ilə müalicəsi…

Xırdalanda partlayış SƏSLƏRİ

İnsanlarda qarpızla bağlı TƏRƏDDÜT

Çimərlikdə kişilər qadınlara hücum ÇƏKDİLƏR

Azərbaycana yay fəsli GƏLDİ

Növbədənkənar seçki qərarına REAKSİYA

Ordumuza qarşı xain PLAN