Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

11:12 01-05-2024 | icon 348 | Cəmiyyət
Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Müstəqil Həmkarlar Birliyi (MHB) İdarə Heyəti və Bakının bəzi rayon təşkilatlarının nümayəndələri ilə birgə 1 May Beynəlxalq Zəhmətkeşlərin Həmrəyliyi gününü “Sülh”, “Əmək”, "Rifah", “Sosial hüquqlarımızı tanıyaq” şuarları altında qeyd edib.

 

Versus.Az xəbər verir ki, tədbirdə Azərbaycanda 1 May Beynəlxalq Zəhmətkeşlər Bayramın, dövlət bayramı kimi keçirilməsini Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova müraciət qəbul olunub.

 

Müraciətdə deyilir:

 

 

"1 May tarixinin Beynəlxalq Zəhmətkeşlər Bayramı kimi anılması qərarı ilk dəfə II İnternasionalın 1889-cu ilin iyulunda keçirilən Paris Konqresində verilib. 1920-ci ildən başlayaraq, 1 may Azərbaycanda da rəsmi bayram günü kimi qeyd olunub. Lakin hələ 1919-cu ildə əməkçilər 1 May bayramı qeyd ediləndə Rəsulzadənin rəhbərliyi ilə ADR hökuməti bu bayramda fəal iştirak edib.

 

Hörmətli Əli müəllim!

1 May 120 ildir ki, dünyanın əksər ölkələrində zəhmətkeşlərin beynəlxalq həmrəylik günü kimi qeyd edilir. Dünyanın 100-dən artıq ölkəsində ictimai bayram kimi, 70-ə yaxın ölkəsində isə dövlət səviyyəsində rəsmi bayram günü olaraq qeyd edilir. Qardaş Türkiyədə də Beynəlxalq Əmək Günü Taksim meydanında böyük coşqu ilə qeyd olunur.

 

Hörmətli Əli müəllim!

Azərbaycanda 1 May Beynəlxalq Zəhmətkeşlər Bayramı kimi qeyd edilməsilə, Azərbaycan zəhmətkeşləri dövlət tərəfindən qayğı, onların əməyinə qiymət verilməsi kimi hesab oluna bilər".

 

Qeyd edək ki, Müstəqil Həmkarlar Birliyinin Şamaxı, Kürdəmir, Ağsu və digər rayon təşkilatları da 1 May Beynəlxalq Zəhmətkeşlərin Həmrəyliyi gününü qeyd ediblər.

 

AYSEL
versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI