İsa Qəmbərin başqanlığa qayıdışına YAP-dan REAKSİYA

15:35 01-05-2024 | icon 255 | Siyasət
İsa Qəmbərin başqanlığa qayıdışına YAP-dan REAKSİYA

Müsavat Partiyasının mayın 4-də keçiriləcək qurultayında başqanlığa namizədlərdən biri İsa Qəmbər olacaq. Qeyd edək ki, bundan əvvəl İsa Qəmbər 2014-cü ilə qədər 22 il partiyaya sədrlik edib. Onun 10 illik fasilədən sonra yenidən partiyaya rəhbərlik edəcəyi gözlənilir.

 

Milli Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil edən Elman Nəsirov açıqlamasında bildirib ki, İsa Qəmbərin yenidən Müsavat Partiyasına başqan seçiləcəyi qənaətinə gəlmək mümkündür.

 

O, İsa Qəmbərin əvvəlki rəhbərliyin "səhvlərindən" nəticə çıxaracağını güman etdiyini bildirib:

 

“İsa Qəmbərin gəlişi müxalifət partiyası Müsavat Partiyasında hansı dəyişikliklərə gətirib çıxara bilər?”, “Bu dəyişikliklər nə dərəcədə müsbət ola bilər?” kimi suallar bu gün aktualdır. Əvvəla onu qeyd edim ki, Arif Hacılının başqan olduğu dövrdə Müsavat Partiyası konstruktiv müxalifət ola bilmədi. Radikal mövqe ortaya qoydu, ümummilli məsələlərdə Azərbaycanın mənafeyini müdafiə etmədi. İkinci Qarabağ müharibəsi, ondan sonrakı dövrlərdə ölkədəki, demək olar ki, bütün siyasi partiyalar vahid mövqedən çıxış edərək, Azərbaycan dövlətini, dövlətçiliyini, haqq işimizi dəstəklədiklərini beynəlxalq aləmdə birgə müraciətləri ilə təsdiqlədilər. Təəssüf ki, Müsavat Partiyası bu məsələlərdə iştirak etmədi. Əslində Müsavat Partiyası iqtidara yox, dövlətə və dövlətçiliyə qarşı müxalifətdə dayandı. Halbuki müxalifətçilik dövlət və dövlətçiliyə müxaliflik demək deyil. O, iqtidara müxalif olmalıdır. Ancaq Arif Hacılının Müsavat Partiyası ilk növbədə dövlətçiliyə qarşı müxalifətdə oldu. İqtidara qarşı yanaşmalarında, çıxışlarında qeyri-obyektiv oldular. Hesab edirəm ki, bütün reallıqların hamısını kifayət qədər təcrübəli siyasətçi olan İsa Qəmbər özü üçün təhlil edə bilər".

 

YAP-çı deputat qeyd edib ki, İsa Qəmbər Azərbaycanın bu gün tarixinin çox möhtəşəm, şərəfli mərhələsində olduğunun fərqində olmalıdır:

 

"Bu mərhələdə iqtidara müxalifətdə olub, onun verdiyi qərarları, atdığı addımları tənqid etmək olar. Onunla razılaşmamaq da mümkündür. Lakin bunun qarşılığında konstruktiv təkliflər, tövsiyələr, proqramlar, alternativ variantlar irəli sürməlisən. Ən asan iş tənqid etməkdir. Yəni bununla kifaytələnmək olmaz. Güman edirik ki, İsa Qəmbər seçiləcəyi təqdirdə əvvəlki partiya rəhbərliyinin səhvlərini təkrarlamayacaq və topladığı təcrübə ona imkan verəcək ki, ümummilli məsələlərdə dövlətin, dövlətçiliyin yanında olsun. Onun təcrübəsi həm də ona imkan verəcək ki, o radikal yox, mahiyyəti etibarilə konstruktiv, Azərbaycanın dövlət maraqlarına sadiqliyi ilə seçilən müxalifət kimi formalaşaraq siyasi fəaliyyət göstərsin. Biz bunu arzulayır və güman edirik. Əks halda öz əvvəlki tərəfli mövqeyində gedərsə, təəssüflə qeyd edirəm ki, Müsavat Partiyası Azərbaycanda seçilməyəcək. Böyük tarixi keçmişi olan Müsavat Partiyası öz tarixi adına layiq yer tutmayacaq".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI