Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

22:56 01-05-2024 | icon 335 | Sağlamlıq
Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Son zamanlarda insanlar arasında “epstein barr” virusu sadə dillə desək, “öpücük” xəstəliyi yayılıb. Maraqlısı budur ki, bu virusa uşaqlarda daha çox rast gəlinir. Bəs bu nə virusudur? Virusun hansı əlamətləri var? Bu kimi xəstəliklərdən qorunmaq üçün insanlar nə etməlidirlər?

 

Məsələ ilə bağlı pediatr Elşən Tağıyev Lent.az-a açıqlamasında bildirib ki, bu virus öpüş vasitəsilə yayılır.

 

Onun sözlərinə görə, elə məhz bu səbəbdən bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır:

 

“Əslində “epistein barr” virusu yüngül bir infeksiya kimi insana keçir. Yəni insan bu virusa yoluxduğunu hiss etmir. Çünki bu virus yüngül halsızlıq, narahatlıqla özünü büruzə verir. Əlbəttə ki, bəzən ağır formalarda da keçirənlər olur. Xəstəliyin ağrı formasına infeksion mononukleoz deyilir. Bu xəstəlik nəticəsində boğazda ağrı yaranır, limfa düyünləri şişir, dəridə səpkilər yaranır, qaraciyər və dalaq böyüyür. “Öpüş” xəstəliyi bəzən yalnız səbəbsiz qızdırma ilə də özünü büruzə verə bilər. Qızdırma 10-14 gün davam edə bilər. Bu virusa qarşı xüsusi bir müalicə yoxdur. Yalnız simptomatikdir. Yəni xəstədə hansı əlamətlər özünü büruzə verirsə, həmin əlamətlərə qarşı müalicə davam edir. Bu virusun qorxulu cəhəti bəzi insanlarda limfa düyünlərinin şişməsinə, yəni xərçəngə səbəb olur. Amma bu çox nadir baş verən hadisələrdən biridir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq