DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

11:03 03-05-2024 | icon 265 | Cəmiyyət
DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

May ayının 2-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində “Xələfli” sərhəd zastavası əsaslı təmirdən sonra xidməti istifadəyə verilib.

 

Versus.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

 

Bildirilib ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Əsaslı təmirdən sonra müasir tələblərə cavab verən növbəti sərhəd zastavasının xidməti istifadəyə verilməsi, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində görülən işlərin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin hərbi qulluqçulara göstərdiyi ali diqqətin nəticəsi olduğu vurğulanıb.

 

Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.

 

Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Cavid Abdullayev sərhəd zastavasının inzibati binasında yaradılmış şəraitlə tanış olub, xidməti mənzillərə baxış keçirib.

 

Sərhəd zastavasının inzibati binasında zəruri avadanlıqlarla təchiz edilmiş xidməti otaqlar və dördmənzilli yaşayış evləri şəxsi heyətin istifadəsinə verilib.

 

Sonda şəxsi heyətlə birlikdə nahar edilib.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI