Qərb iç üzünü GÖSTƏRDİ

13:12 03-05-2024 | icon 370 | Siyasət
Qərb iç üzünü GÖSTƏRDİ

Fuad Əliyev: "Erməni lobbisi aktivləşib və son gücünü vurur"

 

“Avropa təsisatları və Qərb siyasətçiləri Azərbaycanı məqsədyönlü şəkildə hədəfə alıb. Bu, əldə etdiyimiz uğurlara cavab olaraq şantaj kampaniyasıdır. Onlar ərazi bütövlüyümüzü bərpa etməyimizi həzm edə bilmirlər. Ona görə də bir neçə gün əvvəl Avropa Parlamenti böhtan xarakterli əski parçası olan qətnamə qəbul etdi, indi də siyasi korrupsioner alman deputatı Şvabe yenə dil çıxarıb”.

 

Versus.Az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Fuad Əliyev deyib. Onun sözlərinə görə, Qərb təşkilatları qərəzli kampaniyanı genişləndirir və Azərbaycana sanksiya tətbiq etmək üçün dəridən-qabıqdan çıxırlar.

 

Fuad Əliyev bildirib ki, bütün bu təzyiqlər Qarabağ Zəfəri və Rusiya-Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı ilə bağlıdır:

 

"Təşkilat rəhbəri hesab edir ki, Xankəndi paradı dan sonra təzyiqlərin artacağı gözlənilən idi. Erməni lobbisi aktivləşib və son gücünü vurur, lakin İrəvan-Bakı danışıqları irəliləyir, erməni diasporu və onların əlinə baxan Qərb təşkilatları heç nəyə nail ola bilməyəcəklər. Gah Konqresdə 44 nəfərə sanksiya qoyulması layihəsi irəli sürülür, gah Avropa Parlamenti qətnamə yayır, gah Şvabe kimilər “hürür”. Bütün bu addımlar sistemli xarakter daşıyır. Qərb iç üzünü göstərdi”.

 

SEVDA
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

Yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa…

Xalq artisti Mobil Əhmədovun xatirəsi anılıb

Kremldən ABŞ-yə ÇAĞIRIŞ

"Formula-2" yarışına start verildi

AFFA-nın İcraiyyə Komitəsi toplaşır

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Yeni tələbələrin NƏZƏRİNƏ

"O, şorgöz kişi, mən də onun sevdiyi qızın zırpı qardaşı idim"

Azərbaycanın bəzi ərazilərinə QAR YAĞIB

SOCAR-ın yaranma günüdür

“Formula-1″lə əlaqədar sürücülərə MÜRACİƏT

Yeni Günəşlidə sakinlər şikayətçidirlər

Türkiyədə nəhəng çuxur aşkarlandı

VI tura bir oyunla start veriləcək