“Qarabağ naminə qalib ol!” - MARAFON

18:37 03-05-2024 | icon 284 | Cəmiyyət
“Qarabağ naminə qalib ol!” - MARAFON

Mayın 2-də Qarabağ Dirçəliş Fondunun (QDF) İdarə Heyətinin sədri Rəhman Hacıyev Bakı Marafon Klubunun təsisçisi Firdovsi Kərimov və klubun üzvləri ilə görüşüb.

 

Görüşdə bildirilib ki, 5 may 2024-cü il tarixində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə növbəti dəfə keçiriləcək Bakı Marafonunda klubun iki nəfər xarici vətəndaş olmaqla 21 üzvü “Qarabağ üçün qalib ol!” şüarı altında mübarizə aparacaq.

 

Qarabağın dirçəlişi ideyasını ölkə daxilində və xaricində təbliğ etmək məqsədilə bu şüar altında müxtəlif təşəbbüslərin həyata keçirilməsi ilə bağlı Qarabağ Dirçəliş Fondu ilə Bakı Marafonu Klubu arasında razılıq əldə olunub.

 

Bakı Marafon Klubunun komandasının QDF-in adından “Bakı Marafonu”nda iştirak etmək təklifini yüksək qiymətləndirən Rəhman Hacıyev komandaya uğurlar arzulayıb.

 

Öz növbəsində Bakı Marafon Klubunun təsisçisi Firdovsi Kərimov bu il də Bakı Marafonunda QDF adından iştirak etməkdən məmnun olduqlarını ifadə edib.

 

Görüşdə QDF tərəfindən xüsusi dizaynda hazırlanmış qaçış üçün formalar klubun üzvlərinə təqdim olunub.

 

Qeyd olunmalıdır ki, ötən il olduğu kimi “Bakı Marafonu 2024”-də tərəfdaş kimi çıxış edən Qarabağ Dirçəliş Fondu Marafonun fan zonasında yaşıllaşdırma sahəsində böyük təcrübəyə malik olan “Tutto Bello” şirkətinin dəstəyi ilə hazırlanan “Marafon bağı” adlı xüsusi yaşıl pavilyonla iştirak edəcək.

 

QDF-in işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpasını özünün prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirməsini, eləcə də Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasını nəzərə alaraq Fondun “Bakı Marafonu”ndakı stendi ətraf mühitin qorunmasına həsr edilib.

 

Gəlin, Qarabağı birlikdə daha yaşıl bərpa edək!

 

PƏRİ
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI