“Qarabağ” 25 illik rekordu qırdı

12:00 06-05-2024 | icon 280 | İdman
“Qarabağ” 25 illik rekordu qırdı

Azərbaycan Premyer Liqasının XXXIII turu çərçivəsində keçirilən “Qarabağ” - “Neftçi” görüşü gözlənildiyi kimi maraqlı hadisələrlə yadda qalıb.

 

Versus.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, “Qarabağ” Premyer Liqanın 2023/24 mövsümündə vurduğu ev qollarının sayını 50-yə çatdırıb. Qurban Qurbanovun komandası buna 33-cü turda nail olub.

 

“Köhlən atlar” “Neftçi” üzərində 5:0 hesablı qələbə ilə öz meydanındakı qol sayını 50-yə yüksəldib. Bu, klubun tarixində yeni rekorddur. Ağdam təmsilçisi 2021/22 mövsümündə evdə 47 qol vurmuşdu. Bu, həm də Azərbaycan çempionatlarında son 25 ilin rekordudur. Yarışın tarixinin mütləq rekordu isə Sumqayıt “Xəzər”inə məxsusdur. 1992-ci ildə sumqayıtlılar qonaqların qapısından 70 top keçiriblər.

 

“Neftçi” Premyer Liqasının 2023/24 mövsümündə səfər oyunlarında 23 qol buraxıb. Bu rəqəm 33-cü turun “Qarabağ”la matçından sonra belə yüksək həddə çatıb. Bakı klubu rəqib meydanlarında keçirdiyi 17-ci görüşdə antirekordunu təkrarlayıb. “Neftçi”nin ölkə çempionatları tarixində bir mövsümdə ən çox səfər qolu buraxması 2013/14 mövsümündə qeydə alınmışdı. Həmin vaxt paytaxt klubu indiki kimi 23 top buraxıb. Həmin göstərici 10 ildən sonra təkrarlanıb.

 

Qeyd edək ki, “Sumqayıt” isə Azərbaycan Premyer Liqasının 2023/24 mövsümündə 12-ci heç-heçəsini edib. “Gənclik şəhəri” təmsilçisi bununla da öz rekordunu təkrarlayıb. Komanda 2015/16 mövsümündə 12 sülhə imza atmışdılar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Zəfəri nurlandıran Nurlan” və “Ulu Öndərin işığında” - AMEA-da TƏQDİMAT

Prezident onu MÜKAFATLANDIRDI

Müasir Azərbaycanın dövlətçilik tarixində ƏN PARLAQ SİMA

"Bu uğurların, qələbələrin stansiyasının inşasına 15 iyundan başlanıldı"

Röyanın doğum günündə “Sərxoşam” - KLİP

Bu ölkələrə mesaj VERİLDİ

Azərbaycanda Milli Qurtuluş Günüdür

Xalq artisti şagirdlərlə görüşdü

Şuşa Bəyannaməsinin imzalanmasının üçüncü ili

Çində dənizin dibindən 600 illik əşyalar tapıldı

Qəbul imtahanının NƏTİCƏLƏRİ

"WhatsApp"da YENİ FUNKSİYA

Ajda Pekkan 60 illik arzusunu gerçəkləşdirdi

Bu il qarpızın baha olacağı gözlənilir

Mobil oyun məktəblini "dəli" etdi