Antalyada eşşəklər evləndirildi

09:13 07-05-2024 | icon 307 | Maraqlı
Antalyada eşşəklər evləndirildi

Toyda nikah məmuru da iştirak etdi

 

Türkiyənin Antalya şəhərində maraqlı hadisə yaşanıb. Şəhərin Kumluca rayonunun Ortaköy məhəlləsində 2030-cu ildə nəsli kəsilmək təhlükəsi altında olan eşşəklərə diqqət çəkmək üçün simvolik toy mərasimi keçirilib.

 

Toydan əvvəl eşşəklər bəzədilib və qızıl, nal, muncuq kimi zinət əşyaları taxılıb. Toyda simvolik nikah məmuru, şahidlər və kənd camaatı iştirak ediblər.

 

Kənd muxtarı Halime Kaya eşşəklərə qızıl taxıb, kənd camaatı isə kahı, xiyar, kök, göyərti kimi yeməklər veriblər. Daha sonra yeni evlənən eşşək cütlüyü traktora mindirilərək “bal ayı”na yola salınıb. “Gəlini” götürərkən traktorun qarşısına çıxaraq yolu kəsən vətəndaşa da zərfdə pul təqdim olunub.

 

“Bu gün simvolik olaraq bu heyvanların toyunu edirik. Bu heyvanların nəsli kəsilməsin. 2030-cu ildə eşşəklərimizi yenidən həyatımızda görmək istəyiriksə, onları yaşadaq. Gəlin, onları sevək”, - deyə Halime Kaya bildirib.

 

“İndiki vaxtlarda eşşəklərin sayı azalıb. Eşşəyin nəsli kəsilməməlidir. Təzə uşaqlarımız eşşəyə başqa gözlə baxırlar. Elə uşaqlarımız var ki, heç eşşək görməyiblər”, - deyə sakinlərdən biri qeyd edib.

 

“Uşaq vaxtı eşşəklərlə yük çəkirdik. Eşşəklərə sədaqət borcumuz var. Toy etdik, eşşəkləri evləndirdik”, - deyə digər kənd sakini əlavə edib.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI