Bakıda 4-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilir

11:54 07-05-2024 | icon 311 | İqtisadiyyat
Bakıda 4-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilir

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr, Qadınların iqtisadi hüquq və imkanlarının genişləndirilməsi və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqu keçirilir.

 

Versus.Az xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Statistika Komitəsi və Mərkəzi Bankın, BMT agentlikləri, beynəlxalq maliyyə institutları, elm ictimaiyyətinin və beyin mərkəzlərinin təmsilçiləri, özəl sektorun nümayəndələri iştirak edirlər.

 

Tədbir çərçivəsində Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına baxış keçiriləcək.

 

Həmçinin, DİM üzrə dialoq silsiləsi əsas maraqlı tərəflər, o cümlədən hökumət, BMT, özəl sektor, vətəndaş cəmiyyəti, beynəlxalq maliyyə institutları və inkişaf tərəfdaşları üçün bilikləri stimullaşdırmaq, beynəlxalq qabaqcıl təcrübələri təqdim etmək və dayanıqlı inkişaf üzrə 2030-cu il Gündəliyinə uyğun olaraq Azərbaycanın 2030-cu il Strategiyası çərçivəsindəki milli prioritetlərin icrasında Azərbaycan Hökumətinə və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasına praktiki dəstək üçün innovativ həllərə şərait yaratmaqdan ötrü platforma funksiyasını yerinə yetirmək məqsədini daşıyır.

 

Hər DİM Dialoqu Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası ilə məsləhətləşmə şəraitində seçilmiş xüsusi mövzuya həsr olunur. Hər dialoqdan sonra Siyasət İcmalı hazırlanır. Bu, kontekstin qısa təhlili, beynəlxalq qabaqcıl təcrübələrdən nümunələr, habelə mövzu üzrə praktiki siyasət tövsiyələri ilə bağlı bir bölmədən ibarət analitik sənəddir.

 

2022-ci ilin noyabr ayında ilk DİM Dialoqu keçiriləndən bəri, 3 DİM Dialoqu keçirilib. İlk DİM Dialoqu “Azərbaycanda yaşıl transformasiya”, ikincisi “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik”, üçüncüsü isə “2023-cü ilin Qlobal DİM Sammitinin nəticələri və DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu” mövzusuna həsr olunub.

 

Qeyd edək ki, BMT və onun tərəfdaşları Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində çalışırlar. Bu tərəfdaşlıq nəticəsində Azərbaycan dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə edən 17 DİM-i, 88 hədəfi və 119 göstəricini prioritetləşdirib. 2017 və 2019-cu illərdə iki Könüllü Milli Hesabat (KMH) hesabatını təqdim etməklə Azərbaycan 2019-cu ilədək MDB məkanında ilk olaraq iki KMH təqdim edən ölkə olub.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Zəfəri nurlandıran Nurlan” və “Ulu Öndərin işığında” - AMEA-da TƏQDİMAT

Prezident onu MÜKAFATLANDIRDI

Müasir Azərbaycanın dövlətçilik tarixində ƏN PARLAQ SİMA

"Bu uğurların, qələbələrin stansiyasının inşasına 15 iyundan başlanıldı"

Röyanın doğum günündə “Sərxoşam” - KLİP

Bu ölkələrə mesaj VERİLDİ

Azərbaycanda Milli Qurtuluş Günüdür

Xalq artisti şagirdlərlə görüşdü

Şuşa Bəyannaməsinin imzalanmasının üçüncü ili

Çində dənizin dibindən 600 illik əşyalar tapıldı

Qəbul imtahanının NƏTİCƏLƏRİ

"WhatsApp"da YENİ FUNKSİYA

Ajda Pekkan 60 illik arzusunu gerçəkləşdirdi

Bu il qarpızın baha olacağı gözlənilir

Mobil oyun məktəblini "dəli" etdi